Bizimlə əlaqə saxlayın

Psixologiya

Uşağım dərman içməkdə müqavimət göstərir

06 Mart, 2024

Səkkiz aylıq südəmər körpə uşağım var və o, dərman içməkdə müqavimət göstərir. Ona necə dərman içirdim?

Körpələrin çoxu dərman içmək məsələsində müqavimət göstərirlər. Lakin onların dərmanlar, A və D vitaminləri, multi vitamin və sağlamlığı və təbii inkişafı üçün zəruri olan dərmanlarla bağlı müqaviməti müqabilində təslim olmaq lazım deyil. Buna görə də sizin təzyiq yolundan istifadə etməkdən və dərmanı körpənin boğazına tökməkdən əlbəttə, əsəblə deyil, sakit halda - başqa çarəniz yoxdur.
Onu diz üstündə oturdaraq bir əlinizlə onun hərəkətlərini cilovlayın, digər əlinizlə dərmanı ona içirdin. Bu işdə həyat yoldaşınız, yaxud başqasının köməyindən istifadə etmək də lazım gələ bilər. Diqqətli olun ki, körpənin qəfil hərəkətləri nəticəsində qaşıq onun gözünə girməsin və ya sifətinə xəsarət yetirməsin. Körpə dərmanları sirop (maye şəklində) olduğu üçün siz onu körpənin ağzına damcıtökən, yaxud iynəsiz şprislə də tökə bilərsiniz. Körpənin hərəkətini nəzərə alaraq bu vasitələrdən istifadə etmək qaşıqdan daha yaxşıdır. Belə ki, bu halda dərmanın hamısı körpənin ağzına tökülür və onun bir damcısı da ağızdan kənara tökülmür. Sadəcə diqqətli olun və dərmanı təzyiqlə uşağın boğazına, ya nəfəs yoluna tökməyin.
Sizin təzyiq vasitələrindən istifadə etməyiniz, təbii ki, övladınızı əsəbiləşdirəcək. Buna görə də dərmanı içirdəndən sonra ona nəvaziş göstərin.
Gərək, körpəyə dərmanı tez içirdə, sonra onu yelləməklə sakitləşdirəsiniz.
Körpələrin çoxu ağızlarını instinkt olaraq açırlar. Lakin əgər sizin övladınız ağzını bağlamaqla müqavimət göstərirsə, bir anlıq onun burnunu tutun ki, nəfəs almaq üçün ağzını açsın.
Ona dərman vermək istəyəndə onunla danışın.
Həkim və ya əczaçı məsləhət bilsə, dərmanı ona digər mayelərə qatışdıraraq şüşədə verin. Əlbəttə, diqqətli olmaq və həmin mayenin miqdarını az etmək lazımdır ki, uşaq dərmanın hamısını içsin. Əgər içilməli dərmanları iynə şəklində olan dərmanlarla əvəz etmək mümkündürsə, körpənizin həkimindən sirop yerinə, iynə yazmasını xahiş edin. Dərman içməkdə müqavimət göstərən körpələrə iynə vurmaq daha rahatdır.
Göz damcısı, yaxud göz kremini onun gözünə yuxuda olanda tökün və ya sürtün.

Dr. Hüseyn Dehnəvi

Müsahibələr

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri