Biz övladımızın özünəinam hissinə malik olmadığını necə müəyyən edə bilərik?
24 Sentyabr, 2025 74
Biz övladımızın özünəinam hissinə malik olmadığını necə müəyyən edə bilərik?
Özünəinam hissinə malik olmayan uşağın bir sıra əlamətləri var. Həmin əlamətlərin sayı nə qədər çox olsa, uşağın özünəinam hissi də bir o qədər az olar:
1. O öz istedadlarını az hesab edir və özünün daha çox mənfi cəhətlərini görür.
2. Yeni təcrübələrə girişməkdən qorxur.
3. Cəmiyyət içində olmaqdan və başqaları ilə ünsiyyətdən qaçır.
4. Ona cəmiyyət arasında danışmaq çətindir.
5. O, sinifdə və cəmiyyət içində öz nəzər və fikirlərini bəyan etməkdən qorxur.
6. Başqalarından narazılıq və gileyini büruzə vermir, özü də tənqid qəbul etmir.
7. Başqalarına xəbərdarlıq etmək ona çox çətindir.
8. Başqalarından bir şey istəyəndə xəcalət çəkir.
9. "Yox" deməkdən qorxur və başqalarından utanır.
10. Çox asanlıqla başqalarının söz və təkliflərinin təsiri altına düşür.
11. Öz haqqını müdafiə etmək bacarığına malik deyil.
12. Başqalarının ona dəyər vermədiklərini düşünür.
13. Öz bacarıqsızlığı üçün başqalarını qınayır.
14. Bəhanə gətirir və çox tez ümidsizləşir.
15. Öz hiss və duyğularını (gülmək, ağlamaq, məhəbbətini büruzə vermək və s.) yaxşı və geniş büruzə verə bilmir.
Dok. Hüseyn Dehnəvi