Bizimlə əlaqə saxlayın

Psixologiya

Beş yaşlı oğlum dırnaqlarını çeynəyir. Bu problemi necə aradan qaldırım?

12 Sentyabr, 2025 109

Beş yaşlı oğlum dırnaqlarını çeynəyir. Bu problemi necə aradan qaldırım?

     Övladınız ruhi sıxıntı keçirir. Araşdırıb həmin sıxıntının kökünü tapın və onu aradan qaldırın.
     Sizin övladınızın ruhi sıxıntısının kökü aşağıdakı amillər ola bilər:
     1. Ata-ana qarşıdurması: Uşaqların ruhi sıxıntılarının əsas səbəblərindən biri valideynlər arasındakı konfliktdir. Bəziləri elə bilirlər ki, valideynlər arasındakı konflikt dedikdə fiziki toqquşmalar nəzərdə tutulur. Halbuki istənilən söz mübahisəsi də uşağın gözündə konflikt sayılır və bir çox hallarda o, vahimə içində yalvararaq valideynlərindən dava etməmələrini istəyir. Əgər öz övladınızın xoşbəxtliyini istəyirsinizsə, bu konfliktlərə son qoyun.
     2. Kiçik qardaş və ya bacıya qısqanclıq: Uşaqların ruhi sıxıntılarından biri də ailədə yeni qardaş və ya bacının dünyaya gəlməsidir. Yeni körpə doğulmamışdan onda buna hazırlıq olmadığı, valideyn və qohumlar düşünülməmiş davrandıqları üçün o, güclü ruhi sıxıntıya məruz qalır.
     3. Kollektiv fəaliyyətdə iştirak etməməkdən doğan nigaranlıq: Uşaq həmyaşıdlarından bir dəstəsini oynadığını, yaxud kollektiv fəaliyyətlə məşğul olduğunu, özünün isə utancaqlıq və ya onlarla tanış olmamaq səbəbindən həmin fəaliyyətdə iştirak etməməsini görəndə, dırnaqlarını çeynəyir. Siz uşaqları bir-biri ilə tanış etməklə onun həmin oyun və fəaliyyətdə iştirakına şərait yarada bilərsiniz.
     4. Danlanma və cəzalandırılmaq qorxusu: Uşağın daim cəzalandırılmaqla hədələnməsi və danlanması onun psixoloji rahatlığını pozur.
     5. Qorxulu filmlər: Övladınızı qorxulu və emosional filmlərə tamaşa etməkdən çəkindirin.

     Bir neçə tövsiyə
     A. Uşağın barmaqlarına parça sarımaqdan və bu kimi işlərdən, həmçinin onun barmaqlarına istiot vurmaqdan çəkinin.
     B. Onun əl ilə işləməsinə (pazl yığmaq, plastlinlə oynamaq, top oyunları oynamaq, rəsm çəkmək və s.) şərait yaradın.
     C. Güzgü qabağında ona bu əməlin necə pis göründüyünü başa salın.
     Ç. Öz əlinizi onun əl və çirkin olmuş barmaqları ilə müqayisə edin ki, barmaqlarının necə çirkin olmasını başa düşsün.
     D. Dırnaqların ətrafını hamarlayın. Yoxsa bu onda dırnağı çeynəmək vəsvəsəsi yaradır.
     E. Bu rəftarında dönüş yarananda onu tərif və təşviq edin.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev