Allaha iman və etiqadi əsaslar uşaqların özünəinam hissinə malik olmasında nə qədər təsirlidir?
22 Sentyabr, 2025 57
Allaha iman və etiqadi əsaslar uşaqların özünəinam hissinə malik olmasında nə qədər təsirlidir?
Allaha iman uşağın özünə inamında mühüm amildir. Buna görə də onun etiqadi əsaslarını gücləndirin və onun yaradılışın (yaşına uyğun) fəlsəfəsi barədə mütaliə etməsinə şərait yaradın.
Bütün varlıq aləminin müsbət istiqamətdə hərəkət etməsinə və insanın da həmin istiqamətdə hərəkətdə
olmasına iman bəsləmək özünəinam hissi əldə edilməsinə daha artıq şərait yaradır.
Əgər sizin övladınız heç bir nizam və qanunauyğunluğun hökm sürmədiyi qatma-qarışıq və heç bir məqsədi olmayan dünyada yaşadığına etiqad bəsləsə, özünəinam hissinə malik olmayacaq. Çünki bu halda o, dünyada əmin-amanlıq hiss etməyəcək.
Aparılmış araşdırmalardan belə məlum olur ki, dini inanclar ruhun sağlamlığında və bunun da nəticəsində özünəinamın artmasında mühüm rol oynayır.
Koniq, Voler vǝ Parqament kimi alimlər 1998-ci ildə bir sıra araşdırmalar apararaq bu nəticəyə gəliblər ki, ziyarət, zikr və təvəssül kimi dini əməllər və Allaha etiqad özünəinamın artmasına səbəb olur.
Dok. Hüseyn Dehnəvi