Bizimlə əlaqə saxlayın

Psixologiya

Uşaqlıq dövrünün ağalığı

12 Aprel, 2024

Uşağın 7 yaşa kimi ağa olmasını deyən hədislərin məqsədi nədir? Həzrət Məhəmməd peyğəmbər (s) buyurub: "Uşaq yeddi il ağa, yeddi il qul, yeddi il vəzirdir". (Təbərsi,Məkarimul-əxlaq, s. 222) Uşağın həyatının ilk yeddi ili onun şəxsiyyətinin formalaşdığı illərdir. Buna görə də o, ağalıq etməlidir. Lakin onun ağalıq etməsinin mənası onun istənilən işi görməkdə mütləq şəkildə azad olması deyil. Uşağın həyatının ilk yeddi ilində onun idrakının naqis olmasını və fiziki zəifliyini nəzərə alaraq müxtəlif cəhətlərdə ona daha çox diqqət etmək lazımdır. 1. İstək və ehtiyaclara daha artıq diqqət: Uşağın həyatının ilk iki ayında onun ehtiyaclarına mütləq şəkildə diqqət edin. Üçüncü aydan sonra ("kolik" in (colic) ("Colic" uşağın təqribən iki həftəliyindən üç aylığına kimi möhkəm ağlamasına səbəb olan sancıdır.) aradan qalxması və fiziki narahatçılıqlarının azalmasını nəzərə alaraq) onun ağlaması müqabilində düşünülmüş şəkildə davranın. Çünki ola bilər, o həyatının ötən iki ayının xoş təcrübələrinə görə diqqəti özünə yönəltmək üçün ağlasın. (Ötən iki ayda nə vaxt ağlayırdısa, siz onu qucağınıza götürürdünüz. Uşaq indi də həmin qayğıya görə ağlayır ki, onu qucağa götürəsiniz. Buna görə də əgər birmənalı şəkildə onun bütün ağlamalarına diqqət etsəniz, ərköyünləşə və sizin üçün problemlər yarada bilər.) Uşağın valideynə bağlılıq dövrünün sonu olan bir yaş tamam olana kimi ona çox diqqət edin. Lakin ondan sonra onun bağlılığını nəzərə alın, məntiqi istəklərinə müsbət cavab verin, qeyri-məntiqi istəkləri müqabilində isə "sükut" qaydasından istifadə edin. 2. Azadlığa daha çox diqqət: Övladınız ağalıq dövründə hər şeylə çox maraqlanır. Buna görə də onun bu marağını təmin etmək üçün, gərək, ona çox azadlıq verəsiniz. Lakin təhlükələri də nəzərdən qaçırmayın. Məişət avadanlıqlarının düzgün yığılması və təhlükəli avadanlıqların əl altında olmaması təhlükələrin miqdarını azaldır. 3. Sevgi və mehribanlığın artırılması: Həyatının ilk illərində uşağın sevgi və mehribanlığa daha çox ehtiyacı olur. Lakin, gərək, sevgi göstərilməsində ifrata varmaqdan da çəkinəsiniz ki, onun ərköyünləşməsinin qarşısını alasınız. 4. Oyuna çox diqqət: Valideyn və həmyaşıdların uşaqla oynaması və onun ixtiyarında münasib oyuncaqların qoyulması uşağın ruhi inkişafında çox təsirlidir. Həmçinin həzrət Məhəmməd peyğəmbərin (s) belə buyurması nəql edilmişdir: "Övladını boşla, yeddi yaşına kimi oynasın". (Hürr Amili, Vəsail, c. 5, s. 125) Xəbərdarlıq! Uşağın ömrünün ilk yeddi ili tam sevinclə keçməlidir. Buna görə də onu rəsmi təlimlərlə sıxışdırmayın. Qeyri-rəsmi təlimlərin, xüsusilə onların oyun, şeir, mahnı, tapmaca, krossvord və sairə formasında təqdim edilməsinin isə eybi yoxdur. İmam Əli buyurur: Övladın yeddi yaşına kimi zərif güldür. (İbn Əbilhədid, Şərhu Nəhcül-bəlağə, c. 20, s. 343) Uşağın ağalığının təsirləri Uşağın həyatının ilk yeddi ilində ağalıq etməsinin ona bir sıra müsbət təsirləri var: 1. Gizli istedadların çiçəklənməsi; 2. Uşağın valideynə etimadı; 3. Valideynin sonrakı dövrlər üçün etibarı; 4. Uşağın sonrakı dövrlərdə ruhi sakitlik və mənəvi rahatlığı; 5. Özünə inam hissinin yaranması. Dr.Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri