Bizimlə əlaqə saxlayın

Psixologiya

Sidiyi saxlamağı öyrətmək

01 Aprel, 2024

Övladıma sidiyini saxlamağı öyrətmək altı ay çəkdi. Lakin o, hələ də sidiyini saxlamağı öyrənməyib. Bu nun səbəbi nədir?

Sidiyin saxlanılmasının öyrədilməsi 2 həftədən 2 aya kimi çəkir və o, nadir hallarda 6 aya kimi davam edə bilər. Əgər övladınız bu müddətdən sonra yenə də sidiyini saxlamağı öyrənməyibsə, onun səbəbi aşağıdakılar ola bilər:

    1. Şəraitin münasib olmaması: Əgər sidiyin saxlanılmasının öyrədilməsi şəraiti münasib olmasa, sidiyin saxlanılması da mümkün olmayacaq.
    2. Təlimin səhv olması: Ola bilər ki, sizin təlim üsulunuz səhv olub və siz bu barədə lazım olan məqamlara diqqət etməmisiniz. Bu halda siz onu 4-6 həftə sərbəst buraxın və sonra yenidən düzgün təlimin necə olmasını tam öyrənərək təlimə yenidən başlayın.
      Sidiyin saxlanılmasını öyrətdikdən sonra uşağa şalvarını özünün çıxartmasını öyrətmək onun geri qayıtması ehtimalını azaldır.
    3. Sidik kisəsi əzələlərinin zəifliyi: Bəzi uşaqlarda sidik kisəsinin əzələləri (sfinkter əzələləri) genetik olaraq zəif olur və həmin zəiflik 3 yaşına kimi davam edə bilər. Bu halda ona sidiyin saxlanılmasının öyrədilməsi mümkün olmur. Buna görə də əgər sizin övladınızda belə bir problem varsa, onu sərbəst buraxın və 5 ay dan sonra yenidən təlimlərə başlayın. Əgər onun problemi 4 yaşına kimi düzəlməsə, "sidik kisəsinin dartılması" məşqlərindən əlavə, həkimə də müraciət edin. Sidik kisəsi əzələlərinin zəifliyinin əlamətləri: Əgər ona bez bağlayanda onun sidik ifrazları arasındakı fasilə az idisə və o siz təlimə başlayandan sonra sidiyi gələndə sidiyini ayaqlarını bir-birinə sıxaraq bir neçə saniyədən artıq saxlaya bilmirdisə, bunun mənası onun sidik kisəsi əzələlərinin zəif olmasıdır.
    4. Sidik kisəsinin kiçikliyi: Onun sidik kisəsinin kiçik olması ehtimalı da var.
    5. Sidik kanalının infeksiyası: Sidiyin saxlanıla bilməməsinin mühüm səbəblərindən biri sidik kanalının infeksiyasıdır.
    6. Uşaqla çağa kimi davranmaq: Uşağın sidiyi saxlamaq təlimlərini qəbul etməməsinin səbəblərindən biri onunla çağa kimi davranmaqdır. Şüşə və əmzikdən istifadə etmək, uşağın beşikdə yatızdırılması və bu qəbildən olan davranışlar onun özünü hələ də çağa güman etməsinə səbəb olur. Əgər bu cür davranışları azaltsanız, o, təlimi qəbul etməyə daha çox meyil göstərəcək.
    7. Başın qarışması: Uşağın başı bərk qarışıq olan da və o, oyuna qərq olduğu zaman sidik kisəsinin dolandan sonra beyinə göndərdiyi siqnala diqqət etmir və şalvarını isladır. Bu kimi hallarda ondan ayaqyoluna getmək istəyib-istəməməsini soruşmaq faydasızdır və gərəkpraktiki şəkildə (əlbəttə, sakit formada) və təşviq edərək onu ayaqyolunaaparasınız.

 

Dr. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz