Bizimlə əlaqə saxlayın

Kitab

Nə üçün kitab oxuduqda yuxumuz gəlir və bunun qarşısını necə ala bilərik?

01 Fevral, 2024

 İşdə, evdə yaxud kütləvi nəqliyyat vasitələrində kitab oxuyarkən sizin də yuxunuz gəlir? Bunun səbəbinin nə olduğunu bilmirsiniz? Bəs bu problemin bir həlli olduğunu və uşaqlarınızın bu problemlə heç üzləşməməsi üçün bir çarə olduğunu desək necə??? Həyatımız boyu hadisələrə doğru və ya yanlış mənalar yükləyirik və bu vərdiş bizə uşaqlıqdan öyrədilmişdir. Belə ki, bu problemin mənbəyi uşaqlığımızda qazandığımız vərdişlərlə əlaqədardır. Buna qısa bir misalla baxaq, insanlar pəhrizə başladıqda tort, şirniyyat kimi qidaları öz rasyonundan çıxarır və uzun bir müddət həmin qidaları heç yemir. Nəticədə bir müddət sonra müəyyən qədər arıqlayır və bunu qeyd etmək üçün əvvəlcədən özünə qadağan etdiyi tort və şirniyyatlarla özünü mükafatlandırır. Sizcə də burada bir təzad yoxdur mu? Bizə zərər verən və arıqlamaq üçün yemədiyimiz bu qidaları sonra da mükafat kimi yeməməliyik. Bəs bunun səbəbi nədir? Belə ki, uşaqlığımızdan bəri əlamətdar günlərdə: ad günlərimizdə, məktəbə ilk getdiyimiz an, universitetə qəbul olarkən və başqa tədbirlərdə həmin günləri qeyd etmək üçün tort və digər şirniyyatlardan istifadə etmişik. Bununla əlaqədar olaraq, arıqladığımız an özümüzü mükafatlandırmaq üçün ən yaxşı vasitə əvvəlcədən özümüzə qadağan etdiyimiz tort və digər şirniyyatlardır. Kitab oxumağa yüklədiyimiz məna isə uşaq vaxtı yatmazdan əvvəl yuxumuzun gəlməsi üçün bizə kitab oxunması ilə əlaqədardır və bu vaxtlar hələ məktəbə getmədiyimiz üçün kitabın mənasını tam dərk edə bilmirdik. Bu kitabların içərisinə müxtəlif nağıllar, hekayələr olan kitablar aid ola bilər və bu vərdiş birbaşa olaraq həyatımızın sonrakı vaxtlarında bir problemə çevrilir. Lakin kitablara yüklədiyimiz bu mənanı dəyişərək bu problemi həll edə bilərik. Bunun üçün isə ilk öncə özümüzdə bu vərdişləri dəyişməli və daha sonra uşaqlarımızın bu problemlə üzləşməməsi üçün addımlar atmalıyıq. Misal üçün, bu problem yaşadığımız və həll etmək istədiyimiz ilk anlarda kitabları açıq havada oxuya bilərik. Əlavə olaraq, uşaqlara kitab oxumağı yatmazdan əvvəl deyil də, səhər dərsə getməzdən əvvəl etməsini məsləhət görə bilərik. Bu zaman uşaqlar kitabların yatmaq üçün deyil də, oyanmaq üçün olduğunu, onları dərinliyinə qədər anlamalı olduqlarını anlayacaqlar və gecə yatmazdan əvvəl deyil də, nahar fasiləsində, yolda olarkən kitab oxumağın mümkün olduğunu düşünəcəklər. Təəssüf ki, bu problem yalnız kitablara aid deyil. Çox zaman həyatımızda yanlış yüklədiyimiz mənalara görə belə növdə bir çox problemlərlə qarşılaşırıq. Xoşbəxtlikdən, bu problemləri həll etmək bizim öz əlimizdədir və zamanla onları aradan qaldırmaq mümkündür.

Tərcümə: “Qədim Qala”

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri