Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Uşaqlara sevgi

10 Mart, 2024

Uşaqlara hansı yaşa kimi daha çox sevgi göstərmək lazımdır?

Övlada sevgi hansısa xüsusi yaşla məhdudlaşmır və övladın ömrünün sonuna kimi sevgiyə ehtiyacı var. Lakin onun həyatının ilk ilində xüsusi və tam sevgi göstərilməsi olduqca mühümdür. Uşağın həyatının ilk ili bağlılıq (həyatının mühüm şəxslərinə möhkəm ruhi bağlılıq) dövrüdür və əgər həmin dövrdə onun üçün sevgi ilə yanaşı, asayişi olan bir şərait də yaradılsa, bu nun onun gələcəyinə müsbət təsiri olar. İctimai bacarığın artması, şadlıq, problemin, xüsusilə məktəbdən qabaqkı dövrdə problem qarşısında müqavimət həmin təsirlərdəndir.
Həzrət Məhəmməd peyğəmbər (s) buyurur: "Uşaqları sevin və onlarla mehriban davranın". (Kuleyni, Fürui-kafi, c. 6, s. 49)
Bəzi valideynlər öz övladlarını (xüsusilə böyük övladlarını) öpmürlər, halbuki böyüklərimiz bu işi görüblər. Bir gün həzrət Məhəmməd peyğəmbər (s) övladlarından birini dizinin üstündə oturtmuşdu və onun üzündən öpürdü. Cahiliyyət dövrünün kübar şəxslərin dən biri o həzrətə deyir: "Mənim onoğlum var. İndiyə kimi onların heç birini öpməmişəm". Həzrət Məhəmmədin (s) üzünün rəngi dəyişir və ona buyurur: "Mehribanlıq göstərməyənə mehribanlıq göstərilməyəcək". (Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 4, s. 380)
Həmçinin o həzrət digər bir kəlamında əmr edir ki, uşaqları çox öpün: "Övladlarınızı çox öpün. Çünki hər öpüşə görə Cənnətdə sizə bir dərəcə veriləcək". (Əllamə Məclisi, Biharul-ənvar, c. 43, s. 282)

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz