Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Övladım mənə çox bağlıdır. Bu bağlılıqdan qurtarmaq üçün nə edim?

01 May, 2024

On səkkiz aylıq övladım mənə çox bağlıdır. Belə ki, məndən bir an belə ayrılmır. Bu bağlılıqdan qurtarmaq üçün nə edim?

Uşağın bu yaşda anasına bağlanması təbiidir və bu bağlılıq onun yeni bacı və ya qardaşının dünyaya gəlməsi və ya evin dəyişməsi ilə daha da güclənir. Əlbəttə, bu bağlılıq həmişəlik deyil və zaman keçdikcə aradan qalxacaq. Əgər sizin övladınızın bağlılığı güclü qorxu və vahimə ilə birgə olsa və altı aydan çox da vam etsə, həkimə müraciət etmək lazımdır.

Riayət edilməsi lazım olan bir neçə şərt
1. Ondan həddən artıq muğayat olmayın. Ondan çox muğayat olunması ona dünyanın təhlükəli yer olması fikrini təlqin edir və onun bağlılığını daha da gücləndirir.
2. O sizdən yapışanda onu "utan, xəcalət çək” və bu kimi sözlərlə incitməyin.
3. Ona istədiyi vaxt sizi qucaqlamaq icazəsi verin. Bu bağlılıq icazəsi onu sizdən uzaqlaşmağa təşviq edəcək.

Bağlılığın yüngülləşdirilməsi yolları
A. Gizlənqaç oyunu oynayın. Yaddan çıxarmayın ki, ilk vaxtlarda ondan çox uzaqlaşmaq olmaz. Əvvəl divanın arxasında və ya şkafın qapısının dalında gizlənin və fasiləni tədricən artıraraq qonşu otaqlara keçin.
B. Onu müvəqqəti olaraq atası, sonra baba və ya nənəsi, daha sonra isə qohumlardan biri ilə qısamüddətli tək qoyun. Onun tək qalma müddəti, gərək, onun sizə bağlılığının dərəcəsi nəzərə alınaraq götürülsün. Buna görə də onun bağlılığı hər nə qədər güclüdürsə, tək qalma müddəti də bir o qədər az olmalıdır. Tövsiyə edirik ki, o sizdən ayrılan zaman əl çantanız və ya baş yaylığınızı, yaxud öz şəklinizi onun yanında qoyasınız.
C. Onu parka aparın və başı oynamağa qarışanda yavaşca ondan beş addım uzaqlaşın. Əgər qorxsa, üç addım geri qayıdın. Bu işi münasib zaman fasilələrində yerinə yetirin.
Ç. O sizin ondan bir neçə addım aralanmağınızı qəbul edəndən sonra parkda oturacaqların birində oturun və mütaliə edin. Lakin arada ona uzaqdan əl edin, onunla danışın. Unutmayın ki, ondan ayrılanda sakitləşdirici cümlələrdən (narahat olma, mən burdayam, bir problem çıxsa, məni çağır və s. kimi) istifadə etmək olmaz.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz