Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Tərbiyədə ata ilə ananın bir-biri ilə һәmfikir olması әһәmіууәtlidir?

26 Fevral, 2024

Uşaq tərbiyəsində ata ilə ananın bir-biri ilə һәmfikir olmasi nə qədər әһәmіууәtlidir?

Uşaq tərbiyəsinә aid mühüm məsələlərdən biri ata-ananın bir-biri ilə həmfikir olmasıdır. Tәrbiyә uçmaq üçün iki qanada ehtiyacı olan quş kimidir. Tәrbiyədә (fiziki cәzadan istifadə, sərtlik, gəzintilərdə iştirak, dini mühitdə olmaq və s. kimi tərbiyә üsullarında) valideynlər arasında konfliktin olmağı uşağı ziddiyyətli düşüncələrә düçаr edir. Atanın baxışları bir cür olub müəyyən şeylər tövsiyə edəndə, ananın baxışları isə başqa cür olub başqa cür məsləһәtlər verəndə, uşaq onlardan birini qəbul etmək məcburiyyətindədir. Lakin о, hәm ata, hәm də anasını ҫох istədiyi üçün ikisindən birini seҫә bilmir və nəticədə əsəb iltihabına vә ziddiyyətli düşüncələrə məruz qalır.
Övladınızın tərbiyəsində fərqli baxışlarınız varsa, danışıq və fikir mübadiləsi apararaq ortaq məxrəcə gəlin. Bu danışığın uşağın yanında olmamasına da diqqət edin. Razılığa gələ bilməyəndə savadlı, imanlı və ürəyi yanan müşavirin nəzəri həlledici ola bilər. Mərhələli tərbiyə və qarşıya çıxan müstəsna hallarda da valideynin, hətta ailənin digər üzvlərinin həmfikir olması lazımlıdır. Ata küsmək üsulundan istifadə etmək istəyir, lakin ana onunla həmfikir olmadığı üçün, ata küsən zaman uşağa məhəbbət göstərir və atanın küsməsinin faydası olmur. Yaxud ana uşağı danlayanda ata, ananın yanında uşağın tərəfini saxlayır və təbii ki, bu vaxt ananın düşünülmüş danlağı öz təsirini itirir.
Tərbiyədə məktəb ilə ailə arasında fikir eyniliyinin olması zəruridir. Düzdür, bu həmrəyliyin olmamasının ziyanı valideynlərin həmrəy olmamalarının ziyanı qədər deyil. Çünki uşağın ruhi-emosional əlaqəsi valideynlə olan emosional əlaqə kimi deyil. Məktəblə həmrəy olmamağın mənfi nəticəsi budur ki, valideynin evdə verdiyi tərbiyə, yaxud məktəbin verdiyi tərbiyə təsirsiz olur. Ailə ilə məktəb arasında həmrəylik yaradılmasının ən yaxşı yolu valideynin valideyn komitəsinin toplantılarında iştirak etməsi və müəllimlərlə görüşmək, telefon əlaqəsi saxlamaq və yazışmaqdır.

Dr. Hüseyn Dehnəvi

Müsahibələr

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri