Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Təqribən 9 ay bundan qabaq həyat yoldaşımdan ayrılmışam və 6 yaşlı oğlumla birgə yaşayıram. Bu yeni şərait məndən övladımla xüsusi davranış qaydası tələb edir?

08 Dekabr, 2025 40

Təqribən 9 ay bundan qabaq həyat yoldaşımdan ayrılmışam və 6 yaşlı oğlumla birgə yaşayıram. Bu yeni şərait məndən övladımla xüsusi davranış qaydası tələb edir?

     Bəli, siz, gərək, uşağın bu şəraitdəki vəziyyətini nəzərə alaraq onunla xüsusi qaydada davranasınız. Valideynlər bir-birindən ayrılandan sonra uşağın ruhiyyəsi belə olur:
     1. Yeni şəraitə biganəlik: Siz ayrılmamışdan qabaq bu məsələ barəsində düşünmüş, özünüzü bu boşanmaya hazırlamısınız. Lakin sizin övladınız bu şəraitlə qəfildən qarşılaşıb. Buna görə də, gərək, təmkinli olasınız ki, o da özünü yeni şəraitə uyğunlaşdırsın. Siz, gərək, qətiyyətlə, amma mehribanlıq və yumşaqlıqla onu yeni şəraitə alışdırasınız.
     Uşağın mövcud yeni şəraitə uyğunlaşması 2-3 il çəkə bilər. Çünki dərin ruhi bağlılıqlardan rahat və tez əl çəkmək mümkün deyil və zamana ehtiyac var. Əgər bu müddətdə uyğunlaşma baş verməsə, mütəǝxəssisə müraciət edin ki, bu mərhələni keçməkdə ona kömək etsin.
     2. Reallıqlardan boyun qaçırmaq: Sizin övladınız bir müddətdən sonra yeni reallıqları ikrahla qəbul edir, amma ola bilər, onda əvvəlki şəraitə meyil olsun və ya ona vəfadarlıq hiss etsin. Onun bu halından nigaran olmayın. Çünki o, sonda özünü şəraitə uyğunlaşdıracaq.
     3. Qəzəb hissi: Uşaq bu ayrılıqda valideynlərini müqəssir bildiyi üçün çox əsəbləşir və yaranmış vəziyyətdən şikayətlənir. Buna görə də bir müddət imkan verin, şikayətlənsin və onun sözünü kəsməyin. Qoyun, öz qəzəbini büruzə versin ki, hirsi soyusun. Əlbəttə, bu güzəşt bir ildən artıq davam etməməlidir. Çünki adət halını ala və onun gələcək həyatında problemlər yarada bilər.
     4. Günah və müqəssirlik hissi: Ola bilər, o sizin həyat yoldaşınızdan ayrılmağınızda özünü günahkar bilsin. Buna görə də ona sadə və məntiqi dillə ayrılmağınızın səbəbini izah edin.
     5. Guşənişinlik: Bu şəraitdə övladınız guşənişinliyə üz tutur. Ən yaxşı tədbir onu yaxşı həmyaşıdlarının yanına istiqamətləndirməkdir.
     6. Bağlılıq: Bu şəraitdə onda sizə möhkəm bağlılıq yaranması ehtimalı var. Buna görə də çalışın, onu işlərin iştirakçısına çevirməklə müstəqilliyini gücləndirin.
     7. Emosional hiyləgərlik: Adətən valideynləri boşanmış uşaqlar yeni şəraitdə emosional hiyləgərliklə məşğul olurlar. Belə ki, onlar daha çox güc əldə etmək üçün emosiya alətindən (məsələn, sizin onu sevmək ehtiyacınızdan) istifadə edirlər.
     Tövsiyəmiz budur ki, hisslərə qapılmayın və bəzən ona öz qəzəbinizi göstərin.
     8. Ruhi boşluq: O, digər valideynindən ayrıldığı üçün ruhi boşluğa məruz qalır. Buna görə də (qanun çərçivəsində) onun əvvəlki həyat yoldaşınızla münasibətlərinə mane olmayın.
     9. Məktəb qorxusu: Onda məktəbə getmək qorxusu da yarana bilər. Çünki o sizi itirməkdən də qorxur və elə bilir ki, məktəbdən evə qayıdanda sizi də görməyəcək. Övladınızı onu heç vaxt tərk etməyəcəyinizə əmin edin ki, o bu qorxu hissi ilə mübarizə aparsın.
     10. Tapşırıqların yerinə yetirilməsinə meyilsizlik: Ola bilər, o, məktəbə gedəndən sonra dərs tapşırıqlarının yerinə yetirilməsinə meyil göstərməsin. Onunla yumşaq davranın və təzyiq vasitələrindən istifadə etməyin.

Dok. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev