Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Artıq xeyli müddətdir həyat yoldaşımdan ayrılmışam. 12 yaşlı oğlum anasının görüşünə gedib qayıdandan sonra çox aqressiv və tündxasiyyət olur. Bunun səbəbi nədir və mən bu problemlə necə davranmalıyam?

11 Dekabr, 2025 31

Artıq xeyli müddətdir həyat yoldaşımdan ayrılmışam. 12 yaşlı oğlum anasının görüşünə gedib qayıdandan sonra çox aqressiv və tündxasiyyət olur. Bunun səbəbi nədir və mən bu problemlə necə davranmalıyam?

     Övladınız evə qayıdan zaman sizin onunla davranış tərziniz çox mühümdür və güclü idarəçilik tələb edir. Onun evə qayıdandan sonra bir neçə saat, hətta bir neçə gün pis davranması təbiidir, çünki:
     1. Anası ilə görüş onun zehnində birlikdə olduğunuz xoş günlərin xatirələrini canlandırır və o, mövcud vəziyyəti (ayrılığı) görəndə əsəbləşir. Onunla yumşaq davranın.
     2. Hal-hazırda uşağı tərbiyə etmək məsuliyyəti ananın öhdəsində deyil. Buna görə də o, görüş zamanı uşağa daha çox sərbəstlik verir və görüş müddəti məhdud olduğu üçün ona daha çox maddi şərait yaradır. Lakin təbii ki, siz belə edə bilmirsiniz. Çünki onun tərbiyəsi və gələcəyi üçün məsuliyyət daşıyırsınız və daimi qəyyumluq səbəbindən onun üçün daha firavan maddi rifah şəraiti yarada bilmirsiniz.
     Övladınız anası ilə görüşdən qayıdanda bu iki halı müqayisə edib fərqli davranış tərzini görür və bu onun əsəbləşməsinə səbəb olur.
     Yaxşı olar ki, bu məsələ barəsində keçmiş həyat yoldaşınızla razılığa gələsiniz ki, iki mühit (sizin eviniz ilə keçmiş həyat yoldaşınızın evi) arasında bir növ nisbi uyğunluq yaransın və uşağın uyuşmazlığının qarşısı alınsın.
     3. Çox ehtimal ki, uşağın anası ilə sizin tərbiyə üsulunuz bir-birindən fərqlidir və bu fərq onu bir növ ziddiyyətə və bunun da nəticəsində aqressivliyə düçar edir ki, bu da evə qayıdanda üzə çıxır. Çalışın, tərbiyə üsullarınızı bir-birinə uyğunlaşdırın.

     Bir neçə tövsiyə
     A. Çalışın, övladınız qayıdanda evdə olun ki, daha az təhlükə hiss etsin.
     B. Qayıdanda ona "xoş gəldin" deyin və onu isti qarşılayın.
     C. Övladınızın evə qayıdanda soyuq davranmasından nigaran olmayın və onun sizi sevmədiyini güman etməyin. O sizi görməkdən məmnundur, sadəcə hələ anası ilə görüşü unuda bilməyib.
     Ç. Ona sizinlə yenidən ünsiyyət qurmağa hazırlaşmaq üçün fürsət verin.
     D. Əgər o qayıdanda hansısa maraqlı bir proqram hazırlasanız (hovuza, kinoya, restorana, alış-verişə, qohum və dostlarla görüşə getmək və s.) münasib ruhi şəraitə keçid daha tez və rahat baş verər.
     E. Heç vaxt onun anasına qarşı nifrət büruzə verməyin, anası haqda pis sözlər danışmayın. Övladınızı özünüzlə müqayisə etməyin. Sizin onun anası ilə emosional əlaqəniz kəsilib. Amma onun anası ilə emosional əlaqəsi yenə də öz yerində qalır.
     Ə. Onun anası ilə qanuni əlaqəsinə hörmətlə yanaşın və bu əlaqəyə mane olmayın.
     F. Çalışın, imkan daxilində onun maddi və mənəvi ehtiyaclarını təmin edin.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri