Связаться с нами

Образование детей

On bir yaşlı oğlum velosiped sürəndə təhlükəsizlik məsələlərinə əsla diqqət etmir. Bu məsələ məni çox narahat edir. Mən nə edim?

12 Июнь, 2025

On bir yaşlı oğlum velosiped sürəndə təhlükəsizlik məsələlərinə əsla diqqət etmir. Bu məsələ məni çox narahat edir. Mən nə edim?

     Bu, çox əhəmiyyətli məsələdir. Çünki o, ciddi təhlükələr törədə bilər. Buna görə də aşağıda qeyd edilən məqamları nəzərə alaraq problemi çox tez bir zaman da həll edin:
     1. Onu yol hərəkəti qaydaları ilə tanış edin.
     2. Ona velosiped sürməyə aid təhlükəsizlik qaydalarını öyrədin.
     3. Ondan velosiped sürmək və velosiped sürməyə aid təhlükəsizlik qaydaları, xüsusilə bu barədəki hadisələrin statistikası barədə yazılı araşdırma aparmasını istəyin. Onu bu araşdırmaya həvəsləndirmək üçün onun müəlliminin də köməyindən yararlana bilərsiniz. Onun bu işi üçün mütləq gözəl bir mükafat nəzərdə tutun.
     4. Ondan mehribanlıq və məhəbbətlə özünü təhlükəyə atmamasını istəyin.
     5. Məsələnin əhəmiyyətini nəzərə alaraq onun hiss və emosiyalarını təhrik edin. Oğlunuza onu sevdiyinizi və onu əldən vermək müsibətinə dözə bilməyəcəyinizi deyin.
     6. Onu təhlükəsizlik qaydalarına riayət etməmək nəticəsində həyatını itirilməsi ilə nəticələnən hadisələr tanış etmək (hətta ehtiyac olarsa, övladlarını itirmiş ailələrlə görüş təşkil edilməsi) də çox təsirlidir. Qəzet və jurnallardanbu barədə olan təsirli hadisələrin oxun da onun bu hərəkətinin qarşısını ala bilər oxunması da onun bu hərəkətinin qarşısını ala bilər.
     7. Qeyd edilən üsulların ona təsir etməsinə əmin olmaq üçün öz avtomobilinizlə onu təqib edin və əgər yenə də təhlükəli hərəkətlər etdiyini görsəniz, velosipedi avtomobilinizin yük yerinə qoyun və övladınızı evə gətirin, yaxud getməli olduğu yerə çatdırın və ona deyin ki, ona daha bir fürsət verəcəksiniz.
     8. Atdığınız addımların heç biri fayda vermədiyi təqdirdə onunla alver edin. Onun velosipedini satın və ona velosipedin yerinə (hətta baha olsa belə) təhlükəsiz başqa vasitə alın.
     9. Sonda velosipedin qıfıllanması və ya satılması ilə məhrumetmə üsulundan istifadə edin.

Dok. Hüseyn Dehnəvi

Статьи

03 Апрель, 2024

Yaxşı plan – sadə plandır

06 Апрель, 2024

Vaxtımızın oğruları

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4