- Bezə ad qoyun və uşağın bezini dəyişməzdən əvvəl onu marionet kimi hərəkətə gətirin. Bezin adından məzəli dillə danışın və onun dili ilə övladınızı çağırın.
- Bezi dəyişdirən zaman övladınızla ünsiyyət qurun. Onun gözünə baxın, onunla danışın, mehribanlıqla üzünə gülün və dəyişib qurtarandan sonra onu qucağınıza götürün.
- Diqqətin yayındırılması üsulundan istifadə edin. Bu üsul uşağın yeni ayaq açdığı dövrdə işə yarayır. Onun fikrini ixtiyarına az-az verilən və ya onun üçün təzə olan oyuncaq, yaxud başqa bir şeylə yayındırın. Həmin şey, məsələn, kiçik əl işığı ola bilər. Yanıb-sönən və işığının rəngi dəyişdirilən oyuncaqlar uşaq üçün çox əyləndirici və başqatandır.
- Başqalarının köməyindən istifadə edin. Ata, yaxud ailənin digər üzvlərindən biri ağız-burnunu əyib özünü müxtəlif şəkillərə salmaqla yaxşı əyləncə vasitəsi ola bilər.
- Onun barmaqlarının ucuna kiçik bir yapışqan yapışdırın və o həmin yapışqanı barmağından qopardana kimi siz işinizi qurtaracaqsınız.
- Onun bezini güzgü qabağında dəyişdirin. Qoyun o, güzgüdə özünü müxtəlif mimikalara salan, mahni oxuyan sizi, həm də özünü görsün.
- Qışda əllərinizin və ya uşağın bişməcə olmaması üçün istifadə etdiyiniz kremin temperaturuna diqqət edin. Sizin əllərinizin və ya kremin soyuq olması onda bezinin dəyişdirilməsi barədə acı xatirə yaradır və onun müqavimət göstərməsinə səbəb olur.
- Onun altını təmizləyəndə ayaqlarını böyür-başa atmasına imkan verin. O bu işdən ləzzət alır və bezinin dəyişdirilməsi onun xoşuna gəlir.
- Onun bezini dəyişən zaman əsəbləşməkdən çəkinin. Sizin əsəbləşməyiniz ona maraqlı gələr və sizi daha çox qıcıqlandırmağa çalışa bilər.