
Uşaqlıqda namaz təcrübəsi
Uşaqlara namazı kiçiklikdən təcrübə etdirmək lazımdır. Buyurulub ki, uşağa 7 yaşından namazı təcrübə etməyi öyrədin. Əlbəttə ki, 7 yaşlı uşaq düzgün namaz qıla bilməz; amma namazın hərəkətlərini yerinə yetirə bilər. 7 yaşdan namaza adət edə bilər; istər qız olsun, istər oğlan uşağı; yəni elə ki, uşaq orta məktəbə getdi, gərək ona məktəbdə namazı öyrətsinlər; təbii ki, ailədə də öyrətməlidirlər.
Şəhid Mütəhhəri, "Mənəvi sözlər" kitabı, s. 100.
Tərcümə: Səriyyə Mahmudova
"Keraamat" saytına istinadən