Uşağın oğlan olması üçün hansısa praktiki yollar varmı?
- Qadının təhrik edilməsi: Cinsi yaxınlıqdan qabaq qadının təhrik edilməsi və onun orqazma (cinsi ləzzətin son həddinə) çatması uşaqlıq yolunun qələvi olmasına səbəb olur və bu mühitdə erkək cinsiyyət daşıyıcısına olan spermatozoidin fəaliyyəti daha çox olur.
- Qadının bədən temperaturunun yüksək olması: Qadının bədəninin temperaturu digər günlərdən çox olan (aybaşıdan təmizlənəndən təqribən bir həftə sonra) gündən bir gün qabaq toxumqoyma əməli baş verir. Əgər cinsi yaxınlıq və mayalanma həmin vaxt baş versə, uşağın oğlan olması ehtimalı artır. Çünki həmin vaxt uşaqlığın ağzındakı maye 10 qat artıq olur ki, bu da çox qələvidir. Ovulyasiyanın dəqiq vaxtını termometr, USM və (qadınların təqribən 20 faizində) qarının alt tərəfindəki ağrılar vasitəsi ilə müəyyənləşdirmək mümkündür. Bu ağrı kisənin içindən çölə toxum atıldığı üçün hiss edilir.
- Cinsi yaxınlıqdan çəkinmək: Əgər kişi həyat yoldaşı aybaşı olandan ovulyasiya gününə kimi onunla cinsi yaxınlıqdan çəkinsə, bu onun spermasının artmasına səbəb olar. Spermaların sayının artması erkək spermaların xeyrinədir. Spermanın uşaqlığın ağzına çatması: Uşaqlığın ağzının iç tərəfinin ifrazatı qələvi olduğu üçün, əgər cinsi yaxınlıq spermanın uşaqlığın ağzına çatdıracaq şəkildə olsa, erkək spermaların hərəkəti daha çox olar və uşağın oğlan olması ehtimalı artar.
- Uşaqlıq yolunun qələvi yuyulması: Əgər qadın cinsi yaxınlıqdan qabaq uşaqlıq yolunun daxilini bir litr suya iki qaşıq soda qarışdırıb yusa, uşaqlıq yolunun içi qələvi olar və uşağın oğlan olması ehtimalı artar. (Bu yumanın heç bir ziyanı yoxdur.)