Sociology

Uşaqlar üçün təhlükəyə zəmin yaradan amillər

15 December, 2024

Evdə azyaşlı uşaqlar üçün təhlükəyə zəmin yaradan amillər hansılardır və onları necə aradan qaldırmaq olar?

     Evdə təhlükəyə zəmin yaradan amillər aşağıdakılar dan ibarətdir:
     1. Sizin azyaşlı övladınızın sancaq, mismar və bu kimi şeyləri salması ehtimal olunan elektrik rozetkaları;
     2. Köhnə örtüklü və örtüyünün bəzi hissələri çatlayaraq naqilin üstündən tökülmüş elektrik naqilləri;
     3. Açıq və heç bir qoruyucusu olmayan daş sobaları (daş sobasının rəngarəng şölələri körpə uşağa cəlbedici görünür);
     4. Qapaqsız su quyusu və qoruyucusu olmayan hovuz;
     5. Ayaqları sınıq olan və sabit dayanmayan stol və stullar (onların körpənin üstünə aşma ehtimalı böyük dür);
     6. Yerində yırğalanan komodlar və divara bərkidilməmiş kitab rəfləri (azyaşlılar adətən komod və kitab rəflərinə çıxırlar. Buna görə də onlar möhkəm olmasa, aşa bilərlər);
     7. Qoruyucusuz uşaq çarpayısı (uşağın çarpayısının qoruyucusunun hündürlüyü, gərək, ən azı yarım metr olsun və onun milləri arasındakı fasilə 7 santimetrdən çox olmamalıdır);
     8. Uzun süfrə (uşaq ayağa qalxmaq üçün ondan yapışır və buna görə də isti yemək qabları, çaydan və fincanı başına tökə bilər);
     9. Pilləkənlərə sərilmiş xalçalar (xalça bərkidilməyəndə pilləkənin üstündə sürüşür və uşağın sürüşüb yıxılma ehtimalı var);
     10. Televizor, radio, qaz peçi və qaz piltəsinin düymə və vintləri. Uşaq onları açıb uda bilər.
     11. Divarla stul və ya divan-kreslonun arxası arasında olan bir neçə santimetrlik məsafə (böyüklər onların üstündə oturanda uşağın əli stul və ya divan-kreslo ilə divarın arasında qala bilər).
     12. Komod ilə divar arasındakı kimi dar yerlər. Uşaq həmin dar yerlərdə ilişib boğula bilər.
     13. Zəhərli güllər əkilmiş dibçəklər (bəzən uşaqlar oynayanda heyvan rolunu icra edir və həmin güllərdən yeyirlər). Buna diqqət etməkdən əlavə, dibçək üçün insan mənşəli peyinlərdən istifadə etməkdən də çəkinin.
     Siz evin dizaynını və təhlükəli əşyaların yerini dəyişməklə, onları möhkəmləndirməklə təhlükəyə zəmin yaradan şəraiti aradan qaldıra bilərsiniz.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev