
Uşaqlara ayaqyoluna getməyi necə öyrədək?
Ayaqyoluna getməyin öyrədilməsi üçün ən münasib fəsil yaz və yay fəsilləridir. Çünki bu fəsillərdə uşağın əynində az paltar olur və o özünü daha rahat yuya bilir. Bundan əlavə, ləyəni açıq havaya qoymaq mümkün olur. Bu iş üçün ən münasib vaxt uşağın 18-24 aylıq olduğu vaxtdır və onun qeyd edilən yaşdan əvvəl görülməsi münasib deyil.
Təlim müddəti 2 həftədən 2 aya kimi çəkir və nadir hallarda 6 aya kimi davam edə bilər.
Unutmayın ki, oğlanlar bu işi qızlardan gec öyrənirlər. Bu təlim stress yaradan məqamlarla, yəni uşağın psixoloji sıxıntıda olduğu zamanla (süddən ayrıldığı, yuxudan oyadıldığı, yaşayış yerinin dəyişdirildiyi, ailədə yeni uşağın dünyaya gəlməsindən əvvəl və ya həmin vaxt, qorxu və s.) eyni vaxta təsadüf etməməlidir. Çün ki bu vaxt uşaq psixoloji müqavimət göstərəcək və təlim lazımi nəticəni verməyəcək.
- Uşağın fiziki hazırlığı: Bu işin həyata keçirilməsi üçün, gərək, uşağın sidik kisəsinin əzələləri bərkimiş olsun. Həmin əzələlərin zəif olmasının əlaməti uşağın paltarını az fasilələrlə islatmasıdır. Sidik kisəsinin əzələləri zəif olarsa, təlimi 5 ay təxirə salın və əgər problem 4 yaşa kimi həll olmasa, həkimə müraciət edin.
- Valideynin səbirli olması: Bu məsələdə valideynlərin, xüsusilə ananın təmkinli olması çox vacibdir. Əgər siz özünüz stress (psixoloji sıxıntı) içindəsinizsə, həmin təlimə başlamayın. Ayaqyoluna getməyin öyrədilməsin də tələsmək uşağın psixoloji sıxıntıya məruz qalmasına səbəb olur. Psixoloji sıxıntı təlaşlanmaya, təlaşlanma isə sidiyə getməyin tez-tez təkrarlanmasına səbəb olur. Belə olan təqdirdə də təlim təxirə düşəcək.
- Gücdən və təzyiq vasitələrindən istifadə etməmək: Bu məsələdə güc və təzyiq vasitələrindən əsla istifadə etməyin.