Psychology

Ev avadanlıqları ilə oynamaq

03 October, 2024

Üç yaşlı oğlum oyuncaqları ilə az oynayır və daha çox ev avadanlıqları ilə oynayır. Bunun səbəbi nədir və nə etmək lazımdır?

     Övladınızın bu rəftarının səbəbi oyuncaqların onun ürəyini vurmasıdır. Əgər oyuncaq almaqda ifrata varırsınızsa, onun miqdarını azaldın. Evdə çoxlu oyuncaq görən uşaqlar oyuncaqdan doyurlar və daha ondan ləzzət almırlar. 
     Evdə olan oyuncaqların da hamısını onun ixtiyarında qoymayın. Oyuncaqları iki yerə bölün və onların bir hissəsini onun ixtiyarında qoyun, bir hissəsini özünüzdə saxlayın. Övladınıza deyin ki, guya, siz oyuncaq dükanında satıcısınız və o, bir müddətdən sonra özündə olan oyuncaqları dükandakı oyuncaqlarla başabaş dəyişə bilər.
     Uzun müddət onun ixtiyarında olan oyuncaqların bir müddət götürülüb gizlədilməsi övladınıza onları əvvəlki qədər cazibədar edir.
     Övladınızın oyuncaqlara əhəmiyyət verməməsinin digər bir səbəbi oyuncağın özü yaxşı olsa da, onunla oynamağın uşağın qüdrətindən xaric olması, yəni oyuncağın onun yaşına uyğun olmamasıdır. Odur ki, oyuncaq alanda buna (oyuncağın yaşa uyğun olmasına) da diqqət edin.
     Bəzən hansısa bir oyuncaqla oynamaq üçün uşağın bizim köməyimizə ehtiyacı olur. Buna görə də onun oyununa nəzarət edin ki, ehtiyac olanda sizin köməyinizdən bəhrələnsin.
     Övladınızın ev əşyalan (radio, telefon, pult və s.) ilə oynamasının səbəbi onun oyuncaqlara marağının olmamasından əlavə, sizin onu həmin əşyalara əl vurmaqdan həddən artıq çox çəkindirməyiniz ola bilər. Yaddan çıxarmayın ki, insan nədən çəkindirilirsə, ona daha həris olur. (İnsan çəkindirildiyi şeyə hərisdir.) Buna görə də əgər həmin avadanlıqlarla oynamaq onun üçün ciddi təhlükə törətmirsə, icazə verin, sizin yanınızda və nəzarətiniz altında öz marağını öldürsün.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl