Child education

Bir yaşlı övladım oynamaq üçün daim onun yanında olmağımı istəyir. Onu müstəqil oynamağa vərdiş etdirmək üçün hansısa yollar varmı?

03 May, 2025

Bir yaşlı övladım oynamaq üçün daim onun yanında olmağımı istəyir. Onu müstəqil oynamağa vərdiş etdirmək üçün hansısa yollar varmı?

     Ən yaxşı iş budur ki, oyuna onunla birlikdə başlayasınız və sonra onu qısa müddət üçün (təqribən 2 dəqiqəlik) tərk edə, sonra yenidən qayıdasınız. Sizin bir yaşlı övladınızın daha artıq fikir rahatlığı ilə oynamaq üçün öz yanında sizin varlığınızı hiss etməyə ehtiyacı var. Əlbəttə, məqsəd sizin daim onunla oynamağınız deyil. Sadəcə kifayətdir ki, vaxtınızı bir müddət onunla bir otaqda keçirə, müəyyən qədər onunla birlikdə olasınız. Lakin bütün diqqətinizi ona yönəltməyin. Bəzən uşağın çiyninə toxunmaq onun xatircəmlik hissini artırır. Siz həmin vaxt özünüzün bəzi işlərinizlə də məşğul ola bilərsiniz. Məsələn, göyərti və yaxud düyü təmizləmək, yaxud paltarları ütüləmək, zivədən yığılmış paltarların qatlanması və s. kimi sadə işlərlə məşğul ola bilərsiniz. Sizin bu işiniz ona tədricən (sizsiz) tək oynamaqda daha çox müstəqillik əldə etmək də kömək edəcək.
     Siz ondan ayrılıb mətbəx və ayaqyoluna gedəndə, yaxud balkona çıxmaq məcburiyyətində qalanda ona maraqlı əşyalarla dolu bir qutu, yaxud qaşıq, boşqab, çömçə və kəfgir kimi (təhlükəsiz və qaz pilətəsindən uzaq) mətbəx ləvazimatlarından bir neçəsini verməyiniz də onun başını qata bilər.
     Çimmək zamanı da uşağın müstəqil oynaması üçün münasib fürsətdir, əlbəttə, gərək, mütləq siz də onun yanında olasınız. Çünki bir yaşlı uşaq bir neçə santimetrlik suda da boğula bilər.
     Yaddan çıxarmayın ki, sizin bir yaşlı övladınız 10 dəqiqədən artıq müstəqil oynaya bilmir. Uşağın yaşı artdıqca bu vaxt da artır.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri