Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Yeni ayaq açmış övladım üçün təhlükə yaranacağından nigaranam

17 Dekabr, 2024

Yeni ayaq açmış övladım həmişə ev əşyalarına tərəf gedir və mən onun üçün təhlükə yaranacağından, bir hadisə baş verəcəyindən nigaranam. Bu barədə nə etmək olar?

     Sizin övladınız yeni ayaq açıb və hər yerə baş çəkmək, ətraf dünya və müxtəlif əşyalarla tanış olmaq istəyir. Onun bu istəyi hələ iməkləməyə başlayıb o tərəf-bu tərəfə getdiyi 8 aylığından başlayır.
     Körpələrin, xüsusilə də 2 yaşdan aşağı uşaqların mühüm və bariz xüsusiyyəti öz dünyalarını eşələyib araşdırmalarıdır. Onlar ev əşyalarının necə işləməsini və nədən düzəldildiyini bilməyə çox can atırlar. Onlar bu yolla bir sıra şeylər öyrənirlər, məlumat və təcrübələri günü-gündən artır.
     Övladınızın daim ev əşyalarına tərəf can atması və onlara maraq göstərməsi onun yaxşı zəka sahibi olmasının əlamətidir. Buna görə də o öz ətraf dünyası ilə tanış olmaq istəyəndə siz durmadan onu bu işdən çəkindirməyin. Uşağın əşyalara əl vurmaqdan çəkindirilməsi onun maraq və yaradıcılıq hissini yox edir, sərbəstliyini təhlükəyə atır. Buna görə daim onu danlamaqdan və "əl vurma, düşəcək", "bu, uşaqlara aid deyil", "eləmə ay uşaq, sən nə qədər mərdimazarsan", "əl vurma, düşüb sınacaq" kimi ifadələr işlətməkdən çəkinin.
     Siz hər şeydən qabaq, gərək, evinizin dizaynını dəyişə və təhlükəli və təhlükə yarada biləcək əşyaları onun əli altından götürəsiniz. Uşaqlar (xüsusilə iməkləyən 8-10 aylıq uşaqlar, həmçinin yeni ayaq açan uşaqlar) üçün təhlükəsiz mühitin yaradılması olduqca mühümdür.
     Təhlükəli şəraiti aradan qaldırandan sonra ona müəyyən qədər macəraçılıq etməyə icazə verin. Pilləkənlə yuxarı qalxmaq (9-10 aylıq uşaqların pilləkənə çox həvəsləri olur və pilləkənlə yuxarı qalxmağı çox sevirlər), möhkəm və ayaqları qısa olan stula çıxmaq, qutunun ağzını açmaq və bu qəbildən olan hərəkətlər onun özünəinam hissini artırır. Əlbəttə, gərək, daim ona göz qoyasınız. Çünki uşaqlar, xüsusilə hər şeylə maraqlanmaq yaşında olan uşaqlar çox təhlükə yaradır və hadisələr törədirlər. Təəssüflə qeyd etmək lazımdır ki, hadisə təqribən bir yaşlı uşaqların ölümünə və ya ciddi xəsarət almalarına səbəb olan ən geniş yayılmış amildir və uşaq ölümlərinin təqribən üçdə birini əhatə edir. Xüsusilə indiki zamanda texnologiya, müxtəlif elektrik və mexaniki avadanlıqların mövcudluğu yaşayışı rahatlaşdırsa da, təhlükənin daha da artmasına səbəb olmuşdur.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6