Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Yeddi yaşlı oğlum var. Bilmək istəyirəm, övladımın yanında mənim geyimim hansı həddə olmalıdır?

24 Mart, 2026 22

Yeddi yaşlı oğlum var. Bilmək istəyirəm, övladımın yanında mənim geyimim hansı həddə olmalıdır?

     Bəzi ailələrdə belə bir səhv təsəvvür var ki, biz ailə üzvləri bir-birimizə məhrəm olduğumuz üçün geyim baxımından aramızda heç bir məhdudiyyət yoxdur və ailə üzvləri bir-birinin bütün bədəninə baxa bilərlər.
     Ailə üzvləri arasında yalnız ər ilə arvad üçün bir-birinin bədəninin bütün üzvlərini görməkdə heç bir məhdudiyyət yoxdur. Ailənin digər üzvlərinə dini baxımdan bədənin xüsusi yerlərinə baxmaqdan çəkinmək vacibdir.
     Tövsiyə edirik ki, ana özünün övladın yanında örtməsi vacib olan bədən üzvlərindən əlavə, bədəninin təhrikedici yerlərini də örtsün. Bu məsələ ata və qız barəsində də belədir. Bəzən geyimin ölçüsü münasib olur, amma onun növü, yəni bədəni göstərməsi, çox dar olması uşağa mənfi təsir göstərir.
     Ata və ananın altı yaşdan yuxarı uşağın yanında münasib olmayan formada geyinməsi xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu, uşağın vaxtından əvvəl yetkinliyə çatmasına və yeniyetməlik dövründə cinsi sapıntıya düçar olmasına şərait yarada bilər.
     Bilmək lazımdır ki, bu, İslamın qadının əri üçün bəzənməsi və onların bir-birinin yanında açıq-saçıq olmaları göstərişi ilə ziddiyyət təşkil etmir. Həmin göstərişlər ər ilə arvadın uşaq olmayan yerdə tək olduqları zamana aiddir.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar