
Uşaqların tərbiyəsi və onların şəxsiyyətinin qorunması
Əgər siz mağazadan bir qab dolu süd alsaz, çox ehtiyatla hərəkət edərsiz ki, süd yerə tökülməsin. Əgər bu vəziyyətdə kimsə sizi itələsə və qabdakı südün yarısı yerə tökülsə, artıq ehtiyatla hərəkət etməzsiz və heç bir qorxusuz, sürətlə hərəkət edərsiz; çünki artıq südün tökülmə qorxusu yoxdur.
Öz uşaqlarınız barəsində də, çalışın uşağınız heysiyyət və hörmət qabının dolu olduğunu və ehtiyatla hərəkət etməli olduğunu bilsin. Və çalışsın ki, heç kəs onu itələməsin; amma əgər siz onu itələsəniz, artıq onun hörmət və şəxsiyyət qabı azalmağa doğru gedəcək və daha gözləməyin ki, uşağın sizinlə olan rəftarı əvvəlki kimi olacaq.
Ayətullah Hairi Şirazi
Tərcümə: Səriyyə Mahmudova
"Keraamat" saytına istinadən