Uşaqlarda məsuliyyət hissi yaratmaq üçün nə etmək lazımdır?
Gərək, uşaq yaşlarından onlara tapşırasınız. Bəzi valideynlər təhlükələrdən və ya maddi ziyanlardan qorxduqlarına görə uşaqları iş görməkdən çəkindirirlər ki, bu, yaxşı hal deyil.
Əgər uşaq onun yaşına uyğun məsuliyyətə cəlb edilsə, daha təhlükələrdən nigaran olmaq lazım deyil. Üç yaşlı uşaq zibili yığıb zibilqabına ata bilir, lakin onu pilləkənlərdən aşağı düşürə bilmir. Dörd yaşlı uşaq boş yemək qablarını gətirib stol və ya süfrənin üstünə düzə bilir, amma isti yemək qablarını gətirmək gücünə malik deyil.
Əgər uşağın yaşı onun gördüyü işlərdə təhlükə ehtimalı yaradırsa (isti çay və xörəyin gətirilməsi, ətçəkən maşın və lehim aləti ilə işləmək, paltar ütüləmək, drellə işləmək, bazarlıq üçün yol keçmək və s.), bir müddət onun işinə nəzarət edin. Sizin nəzarətiniz olmadan öhdəsinə qoyulan işləri yerinə yetirəcəyinə əmin olduqdan sonra uca Allaha təvəkkül edərək ona sərbəstlik verin.
Əgər ona məsuliyyətli iş tapşırmağın maddi ziyanlarından narahatsınızsa, az əhəmiyyəti olan işlərdən (bazarlıq üçün az pul, ütüləmək üçün ucuz paltar, tikmək üçün dəyəri az olan parça verməkdən, həmçinin qonaq üçün deyil, ailə üzvləri üçün yemək bişirməkdən və s.) başlayın.
Əgər uşağın ruhiyyə və şəxsiyyətinin inkişaf etməsi ilə yüngül maddi ziyanlara məruz qalmaq (qatığın da ğılması, çörək pulunun itirilməsi, keyfiyyətsiz meyvə alınması, lazımsız qəzetin alınması, stəkanını sınması, ütü ilə ucuz paltarın yandırılması, tikiş zamanı köhnə parçanın xarab edilməsi, yemək bişirəndə yeməyin duzlu çıxması və s.) arasında birini seçmək lazımdırsa, uşağın inkişafı daha önəmlidir və siz bu inkişafın nəticəsini onun gələcək həyatında görəcəksiniz.
Rəngarənglik üçün və bu yaşda olan uşaqların yorğunluğunun qarşısının alınması məqsədi ilə məsuliyyətləri növbəli edin. Özündən böyük qardaş və ya bacısının öhdəsinə qoyulmuş məsuliyyəti yerinə yetirmək istəyən uşaqlara başa salın ki, böyüyəndə həmin məsuliyyətləri onlar öz öhdələrinə götürəcəklər.
Dr. Hüseyn Dehnəvi