Uşaqlar və valideynlərin ruzisi
İmam Rza (ə) buyurur: "Uşaqlara söz verdikdə, ona əməl edin; çünki onlar sizi özlərinin ruzi verəni kimi qəbul edirlər və şübhəsiz ki, böyük Allah qadın və uşaqların haqqında hörmətsizliyə qəzəbləndiyi qədər başqa heç bir şeyə qəzəblənmir".
(Kafi, c. 6, s. 50)
Tərbiyədəki tələblər: Uşaqlıqda uşaq ana və atanı özünün ruziverəni bilir, çünki, hələ Allah, peyğəmbər və s. haqqında düzgün dərki yoxdur. Ey ata və ana, indi siz ona ruzi verən olun və sonra özünüzü vasitə qərar verin ki, uşaq tədricən sizin məhəbbət və vilayətinizdən, Allahın, peyğəmbər və imamın, cəmiyyətin məhəbbət və vilayətinə keçid etsin. Baxmayaraq ki, uşağa Allahın ilk və sonuncu olduğunu öyrətmək lazımdır, lakin ona tədricən və addım-addım bəndəliyi öyrətmək lazımdır ki, beləliklə, Allaha bəndəlik məqamına yetişsin.
Dr. Sədaqətzadə
Tərcümə: Səriyyə Mahmudova
"Keraamat" saytına istinadən