Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Uşaq - plastilin kimi yumuşaq

17 Noyabr, 2025 73

Uşaq - plastilin kimi yumuşaq

Tərbiyə prinsiplərini əvvəlcədən dəyişməz qaydalar şəklində müəyyənləşdirmək mümkün deyil. Onları yalnız həyatın içində, ehtiyac yarandıqca dərk etmək və tətbiq etmək olar. Çünki hər insanın fərdi şəraiti, cəmiyyət içindəki mövqeyi və ümumi mədəni mühit daim dəyişir. Belə bir şəraitdə sabit, bütün dövrlər üçün keçərli olan tərbiyə prinsipləri müəyyənləşdirmək, sadəcə olaraq, reallığa uyğun gəlmir.
Tərbiyəni anlamaqda ilk maneə onu mexaniki, statik bir proses kimi qəbul etməkdir. Sanki tərbiyə olunan insan müəllimin əlindəki yumşaq plastilin kimi görünür və müəllim onu istədiyi formaya salmaq gücündədir. Bu baxışa görə, uşaq və ya gənc bir şəxs müstəqil varlıq deyil, başqalarının istəyinə uyğun olaraq yoğrulan bir materialdır.
Digər bir yanlış yanaşma isə tərbiyə olunan şəxsi, sanki əvvəlki nəsillərin hazırladığı məlumat, bacarıq və düşüncə nümunələri ilə doldurulmalı olan boş bir anbar kimi görməkdir. Bu anbar tərbiyəçi tərəfindən hazır biliklərlə doldurulacaq, beləliklə insan sanki əşya kimi formalaşdırılacaq.
Əslində isə tərbiyə insanı dəyişkən həyatın içində öz yolunu, dəyərini, düşüncə sistemini, davranışını formalaşdırmaqda müşayiət edən, yönləndirən, amma heç vaxt onu mexaniki şəkildə qəlibə salmayan bir prosesdir.

Doktor Əbdüləzim Kərimi, "Tərbiyət çe çizi əst?" kitabı, səh. 26-27
Tərcümə: Səriyyə Mahmudova
"Keraamat" saytına istinadən

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4