Sizin övladınızın bu davranışının müxtəlif səbəbləri var:
-
- Müstəqilliyin sübut edilməsi: Uşaq üç yaşdan sonra siz istəyən kimi deyil, özü istədiyi kimi olmaq istəyir. Çünki o, müstəqillik hiss edir. Buna görə də narahatlığa əsas yoxdur.
- Diqqəti özünə cəlb etmək: Belə bir mövqe tutmağınızı göstərən söz danışmayın. O, diqqəti özünə cəlb etmək istəyir. Buna görə də onun sizə qarşı çıxmasına əhəmiyyət verməyin və həssaslıq göstərməyin.
- Tərslik: Bu davranışın səbəbi sizin onun məntiqi istəklərinə diqqətsizliyiniz nəticəsində yaranmış tərslik də ola bilər.
- İntiqam almaq: Uşaq bəzən daim bir-biri ilə çəkişən və bir-birinə qarşı çıxan ata-anasından intiqam almaq üçün belə davranır.