Uşağın ağlını işlətmək lazımdır!
Tərbiyəçi uşağın ağlını işlətməlidir. Bəs necə?
Sən onun əvəzinə görmə! Yaxşı görmək, yəni düşünməyi ona öyrət. Ona tarixdən, hadisələrdən, problemlərdən və s.-dən dərs almağı öyrət. Yaxşı təhlil etmək, yəni təfəkkür etməyi, düşünməyi ona öyrət. Yaxşı ölçüb-biçməyi, yəni əsaslandırmağı ona öyrət və seçim etmək fürsəti ver. Hətta bəzi vaxtlar vəziyyət çox təhlükəli deyilsə, səhv etməyinə göz yum.
Müctəba Vafi, Kəramət 3.
Tərcümə: Səriyyə Mahmudova
"Keraamat" saytına istinadən