Uşağa onun rüşeym dövründən də nəsə öyrətmək mümkündürmü?
Uşağa təlimə onun rüşeym olduğu dövrdən (xüsusilə 4 aylığından sonra) başlamaq olar. Çünki həmin dövrlərdə o, səsləri eşidir və onlara reaksiya verir. Buna görə də yaxşı olar ki, hamilə ana öz bətnindəki uşaq ilə söhbət etsin, onun üçün Quran, həmçinin gözəl məzmunlu şeirlər oxusun. Həzrət Fatimeyi-Zəhra da öz bətnində olan uşaq ilə danışardı.
Ananın bu hərəkəti uşağın onların hamısını eşitməsindən əlavə, həm də uşağın təhtəlşüuruna təsir edir və uşaq bunun üstündən uzun illər keçəndən sonra həmin sözlər, Quranın mübarək ayələri və şeirlər ilə ünsiyyət və tanışlıq hiss edir.
Dok. Hüseyn Dehnəvi