Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Üç yaşlı qızım iki yaş yarımlıq xalası qızını döyür. Onun bu rəftarını aradan qaldırmaqda mənə kömək edin.

10 Oktyabr, 2025 65

Üç yaşlı qızım iki yaş yarımlıq xalası qızını döyür. Onun bu rəftarını aradan qaldırmaqda mənə kömək edin.

     Körpə uşaqların 2-3 yaş arasında dava etmələri təbiidir. Əlbəttə, valideynin tərbiyəsi və uşaqlarla davranışından asılı olaraq, davanın sayı azalıb-çoxalır. Məsələn, öz azyaşlı övladı ilə "vurmaqla" oynayan, yaxud onu zarafatla vuran, yaxud övladları onu ilk dəfə vuranda öz hisslərinə məğlub olub onu bu işdən çəkindirməyən valideynlər bu yaşda öz övladları ilə daha çox problem yaşayır və onun həmyaşıdlarını döymələrindən və dava etməsindən daha çox əziyyət çəkirlər./

     Onun bu rəftarını azaltmaq üçün aşağıdakı məqamlara diqqət edin.
     1. O, xalası qızı ilə dava edən zaman tələsik müdaxilə etməyin və ciddi reaksiya verməyin. Çünki ola bilər, onun bu rəftarı diqqəti özünə cəlb etmək məqsədi daşıyır. Sadəcə siz çalışın, davaya zəmin yaratmayın və dava başlayanda onun fikrini yayındırın. Əgər müdaxilə etmək məcburiyyətindəsinizsə, fiziki şəkildə vasitəçilik edin.
     2. Çox ehtimal ki, sizin övladınızın fiziki təmasa ehtiyacı var. Buna görə də bənövşə, iynə-iynə kimi oyunlarla, həmçinin onun kürəyini ovuşdurmaq və masaj etməklə bu ehtiyacını təmin edin.
     3. Ona öyrədin ki, xalası qızını döymək istəyəndə əllərini bir neçə dəfə bir-birinə vursun və beləliklə də, əsəbi soyusun.
     4. Uşağın bu rəftarı ilə mübarizə aparmaq üçün onun cərimə edilməsinin böyük təsiri var. Buna göra də çəkindirici üsullardan istifadə edin.

Dok. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev