
Üç yaşlı övladım üçün hansı oyunlar münasib və məqsədəuyğundur?
Uşaqlar bu yaşda tək, yaxud həmyaşıdları ilə birlikdə topla oynamaq, kəndirlə oynamaq, fiqurları sapa düzmək və s. kimi praktiki oyunlardan, həmçinin kub fiqurlarla (9-10 ədəd fiqurdan istifadə edərək) bina tikmək, sadə rəngli pazlları düzəltmək, əşyaları dəstələrə ayırmaq və s. kimi yaradıcı oyunlardan həzz alırlar (bu yaşdan sonra oyunlar daha çox kollektiv olur).
Onların arasında simvolik oyunlar da geniş yayılmışdır. Məsələn, oyunda bir çubuq parçası sürətli atın, yaxud sini maşının sükanı rolunun, yaxud yaşıl rəngli xalça çəmənliyin yerini tutur. Bu uşaqlarda canlandırma oyunlarına (qonaq, xala, gəlincik, həkim, müəllim və s. şəxslərin roluna girmək) da böyük maraq olur. Bu oyunlar uşağa ictimai rolları öyrənməkdə kömək edir.
Sizin 3 yaşlı övladınız artıq sadə kompüter oyunları oynaya bilmək, üç təkərli velosipedini pedaldan istifadə edərək sürmək və döngələrdən dönmək həddinə çatıb.
Dr. Hüseyn Dehnəvi