Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Uşaqlarda güclü və xoşagəlməz stressin qarşısını almaq üçün nə edək?

06 Sentyabr, 2025 391

Uşaqlarda güclü və xoşagəlməz stressin qarşısını almaq üçün nə edək?

     1. Maarifləndirmə: Uşaqlarda güclü stressin mühüm səbəblərindən biri stressin mahiyyətindən xəbərdar olmamaqdır. Əgər o, "simpatik sinir sistemi"ni dərk edəcək yaşdadırsa, ona bu barədə məlumat verin.
     2. Dini ruhiyyənin gücləndirilməsi: Adətən güclü dini etiqada malik uşaqlarda stress az olur. Dini cǝmiyyətlərdə qeyri-dini cəmiyyətlərlə müqayisədə olduqca az stress və psixoloji sıxıntı olur. Bu, Emil Dür keymin "İntihar" kitabında əldə etdiyi nəticədir.
     Gərək, uşağa Allahı yada salaraq zikr etməyi öyrədək ("Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!") (Rəd surəsi, ayə 28) və başa salaq ki, Allahı yad etmək qəlbə rahatlıq gətirir. Məşhur qərb psixoloqlarından olmuş Yunqun (Unge) nəzərincə, dini etiqad nigaranlıqların qarşısını alır. Təşviş zəhərdir və onun padzəhəri Allaha inam və etiqaddır.
     3. Geniş qohumluq əlaqələri: Qohumlar arasındakı əlaqələrin genişləndirilməsi psixoloji rahatlıq yaradan amillərdəndir. Çünki bu zaman uşaq həyatın sıxıntılarında yaxınlarının ona kömək edəcəklərini və onun arxasında duracaqlarını hiss edir. Adətən yaxınları ilə daha çox ünsiyyətdə olan şəxslər daha şad və təravətli olurlar. Tənhalıq və qürbət insanın təravətini əlindən alır. Buna görə də, böyüklərimiz qohumlar arasındakı əlaqələrin bərqərar edilməsinə əbəs yerə çox diqqət etməyiblər.
     Qohumluq əlaqələrində soyuqluq yaranmasının əsas səbəblərindən biri camaatın əl-ayağını bağlayan rəsmiyyətçilik və formal gediş-gəliş qaydalarıdır ki, onların azaldılması ilə əlaqələri artırmaq olar. Qohumlarla ünsiyyət müddətinin uzun olması da zəruri deyil. Əsas olan əlaqənin özüdür və o, qısa da olsa, mühümdür.
     Hədislərdə deyilir:
     "Hətta bir salamla olsa da, yaxınlarınızla ünsiyyət qurun". (Hürr Amili, Vəsail, c. 21, s. 539)
     Qohumlar arasında əlaqə yaradılmasında mühüm nüanslardan biri həmin ünsiyyətlərdən yaranan pis vərdişlərdir. Buna görə də övladlarının mənəvi sağlamlığında şübhəniz olmayan qohumlarla ünsiyyət qurmağınızı tövsiyə edirik.
     4. Bədənin gücləndirilməsi: Adətən güclü və sağlam bədənə malik uşaqlar stress qarşısında daha müqavimətli olurlar.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6