Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Övladlarımızın dost və həmyaşıdlarının onlara təsiri ciddidirmi?

15 Avqust, 2025 102

Övladlarımızın dost və həmyaşıdlarının onlara təsiri ciddidirmi?

     Övladınızın dost və həmyaşıdları onu özləri kimi edə bilməzlər, amma ona ciddi təsir göstərə bilərlər.
     Dostun insana təsiri barəsindəki ən dolğun ifadələrdən biri həzrət Peyğəmbərin bu kəlamıdır ki, buyurur:
     "Yaxşı yoldaş ətirsatan kimidir. Əgər onun ətrindən bir şey əldə etməsən də, özünün gözəl ətrini sənə hopduracaq". Dost və həmyaşıdların təsir göstərmələrinin səbəbləri bunlardır:
     1. Uşaqların başqalarını yamsılama xüsusiyyəti: Uşaqlar başqalarını yamsılama xüsusiyyətinə malikdirlər və buna görə də öz dostlarının təsiri altına düşürlər.
     2. Həmyaşıdlarla daha çox ünsiyyətdə olmaq: Uşaqların çoxu üçün dostlar dərs tapşırıqlarından, əyləncələrdən, idman və digər fəaliyyətlərdən mühümdür. Buna görə də onlar dostları ilə çox vaxt keçirirlər. Bunun nəticəsində də uşaq onların təsiri altına daha çox düşür.
    Bu məsələ yeniyetmələrdə daha mühümdür. Çünki yeniyetmə dost və həmyaşıdları ilə daha çox vaxt keçirir. Yeniyetmənin öz dostları ilə keçirdiyi vaxt onun dərs tapşırıqlarının yerinə yetirilməsinə, ailə üzvləri və qohumlarla ünsiyyətə sərf etdiyi vaxtdan və tək qaldığı zamanlardan artıqdır.
     3. Həmyaşıdlar qrupunun təsiri: Yeniyetmə, həmyaşıdlarından bir dəstə tərəfindən qəbul edilmək istədiyi üçün onlara tərəf gedir və bu qrup ona ciddi təsir göstərir.
     Həmyaşıdlar qrupunun təsiri o qədər çoxdur ki, yeniyetmə bəzən ailəsinə qarşı çıxır.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev