Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Övladlarıma necə nəsihət verim ki, təsirli olsun?

08 Noyabr, 2025 92

Övladlarıma necə nəsihət verim ki, təsirli olsun?

     Nəsihətin uşaqlara təsir göstərməsi üçün aşağıdakı üsullardan istifadə edin:
     1. İbrət götürməyin öyrədilməsi: Övladınıza pis rǝftarlarını islah etmək barədə öyüd-nəsihət verəndə, ona pis rəftarlarına görə problemlərlə qarşılaşmış həmyaşıdlarından danışın. Onların aqibətinin pis olması ibrətamizdir.
     2. Nemətlərin yada salınması: Əzəmət sahibi olan Allahın böyük nemətlərini (ata, ana, sağlamlıq, rifah və s.) yada salın. Allahın nemətlərini dərk edən uşaq və yeniyetmə əyri işlər tərəfə az gedir. Bu, Quranın üsuludur.
     Allah-taala Özünün əziz Peyğəmbərinə xitab edərək buyurur:
     "Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! Və səni xəbərsiz tapıb, yol göstərdi. Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi. Belə isə əsla yetimi alçaltma və qovma!" (Zuha surəsi, ayə 6-9)
     3. Əks fərziyyə: Nəsihət verən zaman ona başa salın ki, əgər pis davranışını davam etdirsə, Allah-taala verdiyi nemətləri ondan ala bilər.
     "Əgər istəsək, onu (xoş tamlı suyu) acılaşdırarıq. Belə isə nə üçün şükür etmirsiniz?!" (Vaqiə surəsi, ayə 70)

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev