Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

On yaşlı övladım altı yaşlı qardaşını möhkəm döyür. Onun bu pis davranışının qarşısını almağın yolu varmı?

09 Oktyabr, 2025 60

On yaşlı övladım altı yaşlı qardaşını möhkəm döyür. Onun bu pis davranışının qarşısını almağın yolu varmı?

     Altı yaşlı uşağa xəsarət yetirilməsi ehtimalı olduğu üçün, gərək, onun bu hərəkətinin qarşısını alasınız. Aşağıdakı üsullardan istifadə edərək onun bu pis davranışının islah edilməsinə çalışın:
     1. Səbəbləri aradan qaldırmaq: Ayrı-seçkilik salmamaq, müqayisə etməmək və kiçik qardaşına artıq zahiri məhəbbət göstərməməklə onun qardaşına nifrət etməsinə səbəb olan amilləri aradan qaldırın.
     2. Psixoloji sıxıntıların aradan qaldırılması: Çox ehtimal ki, sizin on yaşlı övladınız evdə və ya evdən kənarda psixoloji sıxıntı içindədir. Həmin psixoloji sıxıntıların kökünü öyrənərək onları aradan qaldırın.
     3. Hisslərin sözlə ifadə edilməsinin öyrədilməsi: Ona başa salın ki, qardaşını döymək əvəzinə, öz əsəbini sözlə ifadə etsin. Onun qardaşını döymək əvəzinə, ona "səndən zəhləm gedir" deməsində bir problem yoxdur.
     4. Hisslərin boşaldılması yollarının göstərilməsi: Əgər o öz hisslərini sözlə ifadə edə bilmirsə, boks kisəsi və ya şar adam tədarük görün ki, əsəbləşəndə və qardaşını döymək istəyəndə boks kisəsini, yaxud həmin şar adamı yumruqlasın.
     5. Vəziyyətin dəyişdirilməsinin öyrədilməsi: Əgər o, çox əsəbləşəndə vəziyyətini dəyişsə (əgər ayaq üstə dayanıbsa, otursa, otaqdan çıxsa, bir az su içsə), əsəbi soyuyacaq.

     Bir neçə tövsiyə
     A. Əgər siz və ya həyat yoldaşınız onunla, yaxud qardaşı ilə həmin formada davranırsınızsa, davranışınızı dəyişin. Örnəklərin böyük təsiri olduğunu yaddan çıxarmayın.
     B. Ona şər və ya vəhşi kimi pis adlar verməkdən çəkinin.
     C. Ona qardaşını döyən zaman nəsihət verməyin. Onun rəftarını islah etmək üçün emosional məqamlardan, həmçinin psixoloji baxımdan münasib zaman və məkanlardan istifadə edin. Altı yaşlı övladınızın xəsarət alma ehtimalı olan zaman fiziki müdaxilə ilə onun qarşısını alın.
     D. Onun pis rəftarı davam edən təqdirdə məhrumiyyət üsulundan istifadə edin və onu ixtiyarında olan imkanlardan müvəqqəti olaraq məhrum edin.
     E. Onun rəftarında müsbət istiqamətdə dəyişiklik və kobudluğunda yüngülləşmə hiss edəndə onu tərifləməyi yaddan çıxarmayın.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Qadın sirləri