Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Mənim övladım rəsmi və ağır tədris proqramlarına hazırdır. Bunun ona ziyanı ola bilərmi?

31 May, 2026 27

Mənim övladım rəsmi və ağır tədris proqramlarına hazırdır. Bunun ona ziyanı ola bilərmi?

Rəsmi tədris proqramları 7 yaşdan sonra başlanır. Buna görə də uşağın məktəbdən qabaq rəsmi, xüsusilə ağır təlimlərə cəlb edilməsi məsləhət deyil və uşağın təravətini aradan apara bilər. Bu da yeniyetməlik dövründə və böyüyəndən sonra onun üçün bəzi problemlər yarada bilər.
Əgər ağır təlimlər dinə aid olsa və uşaq dini məsələləri öyrənmək üçün təzyiqə məruz qalsa, gələcəkdə onun dindən üz döndərməsinə və dini vəzifələrin yerinə yetirilməsinə meyilsizlik göstərməsinə səbəb ola bilər. Buna görə də təkidlə bu cür ağır təlimlərdən çəkinməyinizi tövsiyə edirik.
Məktəbdən qabaq qeyri-rəsmi və yüngül təlimlərin keçilməsi, xüsusilə onların oyun, şeir, mahnı, rəsm çəkmək, tapmaca, söz oyunu, krossvord, teatr, film, nağıl, xatirə və sairə formalarda təqdim edilməsi isə münasibdir.
Yeddi yaşdan qabaqkı qeyri-rəsmi təlimlərdə də yaşın tələbləri nəzərə alınmalıdır və nə qədər ki uşaq hazır deyil, onun təlimə cəlb edilməsindən çəkinmək lazımdır.
Əgər siz 1 yaşlı uşağa pilləkəndən yuxarı qalxmağı öyrətmək istəsəniz, bu, təqribən 3 ay çəkər. Lakin həmin iş 2 yaşında uşağa bir günün içində öyrədilə bilər.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6