Oğlum birinci sinifdə oxuyur. İşlərində, xüsusilə dərs oxumasında onun müstəqilliyinə necə kömək edə bilərəm?
07 Noyabr, 2024Oğlum birinci sinifdə oxuyur. İşlərində, xüsusilə dərs oxumasında onun müstəqilliyinə necə kömək edə bilərəm?
İbtidai sinifdə oxuyan övladınızda müstəqillik ruhu yaratmaq üçün aşağıdakı üsullardan istifadə edin.
1. Dərs proqramının hazırlanması: Uşağın öz iştirakı ilə onun üçün dərs proqramı hazırlayın ki, məktəbə aid işlərini həmin proqram əsasında görsün və siz daim bu məsələyə müdaxilə etməyə məcbur olmaya və onun sizə arxalanan şəxs kimi formalaşmasına səbəb olmayasınız.
2. Məktəbə gedib-gəlmək: Əgər imkan varsa (yol yaxındırsa, yolda heç bir təhlükə yoxdursa, yaxşı dostları varsa və s.), icazə verin o, məktəbə tək getsin və onun yanında getməkdən çəkinin.
3. Ekskursiyalar: Əgər müəllimlərin ekskursiyalarda uşaqdan muğayat olacaqlarından əminsinizsə, onun ekskursiyalara getməsinə mane olmayın. Uşağın ekskursiyada şəxsi işlərini özü görməsi onun müstəqilliyini gücləndirir.
4. Həmyaşıdlarla birgə olmaq: Əgər onun yaxşı həmyaşıdları varsa, qoyun, vaxtının bir hissəsini onlarla birlikdə keçirsin. Hətta bəzən gecələr yaxşı və etimad ediləsi dost və qohumların evində qala da bilər.
5. Şəxsi əşyaların alınması: Sizin övladınız elə bir yaşdadır ki, özünün ehtiyacı olan bəzi şeyləri (yazı ləvazimatı, corab, kaset, disk, öz otağını bəzəmək üçün əşyalar və s.) sizsiz özü ala bilər. Bu işin onun müstəqilliyinə böyük təsiri var.
6. Seçim haqqının verilməsi: Ona seçim etmək icazəsi verin. Siz ona həyatın müxtəlif sahələri barəsində bir neçə gözəl seçim təklif edə bilərsiniz ki, o həmin seçimlərdən birini etsin.
Bir neçə tövsiyə
A. Onun öz yanında başqaları ilə onun haqqında çox danışmayın. Bu onun özünü sizin mütləq qulunuz hiss etməsinə səbəb olur.
B. Hər hansı bir məsələ barəsində sizin fikrinizi soruşanda dərhal cavab verməyin. Əvvəl onun öz fikrini soruşun. Əgər fikri yaxşı olsa, ona sizin də fikrinizin həmin cür olduğunu deyin. Əgər onun fikri yaxşı olmasa, özünüz bir fikir bildirin, lakin onun da fikrini tam rədd etməyin.
C. O, bir fikir bildirən zaman (xüsusilə cəm arasında) heç vaxt "səndən soruşan olmadı", yaxud "bu mə sələnin uşaqlara aidiyyatı yoxdur" və s. kimi ifadələrlə onu utandırmayın.
Ç. Məktəbdən, ekskursiyadan, qohumların evindən, yaxud əyləncədən qayıdan zaman onu "necə keçdi?; müəllimlər kim idi?; nə iş gördünüz? "kimi suallarla sorğu-suala tutmayın. Ona ancaq "yorulmayasan" deməyiniz kifayətdir (özü proqramları barədə də nışmaq istəsə, maraqla onun sözlərinə qulaq asın).
Dr. Hüseyn Dehnəvi