İbtidai sinif şagirdi üçün yaxşı dostun meyarı nə olmalıdır və mən həmin meyarları övladıma necə öyrədə bilərəm?
12 Avqust, 2025 201
İbtidai sinif şagirdi üçün yaxşı dostun meyarı nə olmalıdır və mən həmin meyarları övladıma necə öyrədə bilərəm?
Uşağa yaxşı dost meyarlarının öyrədilməsinin ən yaxşı vaxtı elə ibtidai sinifdir. Uşaq həmin meyarlar əsasında dost seçəndə dost tapmağın həssas olduğu yeniyetməlik dövründə də seçim meyarına malik olur.
Çalışın, münasib şəraitlərdə (məsələn, düşünülməmiş dostluq münasibətlərinə görə problemlə qarşılaşmış uşaqdan bəhs edən filmə tamaşa etməklə), yaxud nağıl danışmaqla və ya dostcasına söhbət etməklə ona yaxşı dostun meyarlarını öyrədin.
Dost tapmağın ən yaxşı meyarları müştərək etiqad və maraqlar, ailə vəziyyətinin bənzərlikləri, mənəvi paklıq, ədəb, ictimai şəxsiyyət, dərs və təhsilə maraqdır. Siz övladınızın dostlarının münasib şəraitə malik olmalarından əmin olmaq üçün bəzi vaxtlarda onları övladınızın vasitəçiliyi ilə evinizə dəvət edin və dolayı yolla onların danışıq və davranışlarına diqqət edin.
Onun həftə sonu dostları ilə şəhər kənarına səfər etməsi də onların ruhiyyəsi ilə tanış olmaq üçün münasib fürsətdir.
Övladınızın dostlarının bəzisindən ona elə də ciddi təsir göstərməyən xoşagəlməz rəftar müşahidə edəndə həmin pis rəftarı islah etməyə çalışın. Əgər bunu edə bilmirsinizsə, yaxud övladınızın dostları islah olunmurlarsa, ondan dostunun nə üçün pis sözlər danışmasını soruşun ki, o bu yolla dostunun səhvini və rəftarının xoşagəlməz olduğunu başa düşsün. Siz bundan əvvəl ona yaxşı dostun meyarlarını dediyiniz üçün dostlarından bəzisinin həqiqi dost meyarlarına cavab verməməsini başa düşəcək və onlarla əlaqəsini kəsəcək, yaxud azaldacaq.
Onun dostlarının hansındansa ciddi narahatlıq yaradan və xoşagəlməz rəftarlar müşahidə edəndə övladınızdan yumşaq şəkildə və mehribanlıqla həmin dostu ilə əlaqələrini kəsməsini istəyin.
Siz sadə və anlaşılan misallarla pis dostun mənfi təsirlərini ona başa sala bilərsiniz. Məsələn, rus atalar misallarının birində belə deyilir:
"Pis dost çürük alma kimidir; öz ətrafındakı sağlam almaların da çürüməsinə səbəb olur".
Ona başa salın ki, onun şəxsiyyəti dostunun şəxsiyyətinə bağlıdır və əgər dostu müsbət şəxsiyyət olmasa, başqaları onu da şəxsiyyətsiz adam sayacaqlar.
Dostunun kim olduğunu de, deyim sən kimsən. Həzrət Əli buyurur: "Səni aldadan şəxslə yoldaşlıqdan çəkin. Çünki o səni xar və məhv edər".
Xoşbəxtlikdən uşaqlar valideynlərinin bu istəyi qarşısında müqavimət göstərir və onların istəyinə çox az əməl edirlər.
Yaddan çıxarmayın dostlarla əlaqəsini kəsmək mürəkkəb məsələdir və bu işdə düşünülmüş şəkildə hərəkət etmək lazımdır.
Dok. Hüseyn Dehnəvi