Həyat yoldaşım beş yaşlı övladımızın öz həmyaşıdları ilə oynamasına icazə vermir və onu elmi fəaliyyətlərə, daha ciddi və mühüm işlərə sövq edir. Bu davranış düzgündürmü?
26 İyun, 2025
Həyat yoldaşım beş yaşlı övladımızın öz həmyaşıdları ilə oynamasına icazə vermir və onu elmi fəaliyyətlərə, daha ciddi və mühüm işlərə sövq edir. Bu davranış düzgündürmü?
Təəssüf ki, bəzi valideyn və tərbiyəçilər uşağın oynamasını vaxt itkisi sayırlar, halbuki oyun təkcə əyləncə deyil və onun (əvvəlki səhifələrdə qeyd edildiyi kimi) yaradıcı və maarifləndirici təsirləri də var. Bu bütün psixoloqların və təlim-tərbiyə mütəxəssislərinin fikridir. Ulilyam Stern oyunu istedadların inkişaf və çiçəklənməsi üçün fitri amil, gələcək üçün hazırlıq məşqi hesab edir. Karl Qros deyir: "Oyunun mənası gələcəkdəki böyük və ciddi işlərə hazırlaşmaqdır." İsveçrəli mürəbbi Eduard Klapared oyunu uşağın vəzifə və həyatının hədəfi hesab edir. Onun nəzərincə, uşağın psixoloji vücudu yalnız oyun fəzasında nəfəs ala və nəticədə müsbət təsir mənbəyi ola bilir. Buna görə də sizin həyat yoldaşınızın rəftarı düz deyil.
Övladınızın oynamağa, xüsusilə bu yaşda böyük ehtiyacı var. Onun vücudunda gizli (potensial) güc var və oynamaq və hərəkət etməklə onun bədənindən çıxmalıdır. Bu yaşda onun oynamasının, yəni uşaqlıq etməsinin qarşısının alınması və onun öz oynamaq ehtiyacını təmin etməməsi olduqca təhlükəlidir və onu böyüyəndən sonra "uşaqsifətlilik" kimi anormallıqlara sövq edə bilər. Yəni böyüyəndən sonra onda uşaq hərəkətləri baş verə bilər. Yaddan çıxarmayın ki, uşaqlığında uşaqlıq etməyən kəs böyüyəndən sonra uşaqlıq edir.
Övladınız həmyaşıdları ilə oynayanda həzz almaqdan əlavə, öhdəsinə gələcək həyatında ona kömək edəcək rollar götürür. Oyunda müxtəlif ictimai rolların oynanılması ailə və cəmiyyətdə əməkdaşlıq ruhunun yaranmasına səbəb olur.
Dok. Hüseyn Dehnəvi