Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Hansı yaşdan sonra oğlanlarla qızların bir-birinə qarışmasına diqqət etmək lazımdır?

30 May, 2026 29

Hansı yaşdan sonra oğlanlarla qızların bir-birinə qarışmasına diqqət etmək lazımdır?

İbtidai sinfə kimi oğlanlarla qızların bir-birinə qarışmasının əxlaqi və cinsi təhlükəsi yoxdur. Sadəcə ola bilər, uşaqlar maraq hissinə görə bir-birinin bədənini görmək və ya bir-birinin bədəninə toxunmaq istəsinlər. Bu kimi hallarla qarşılaşanda düşünülmüş davranaraq onları istiqamətləndirmək lazımdır.
İbtidai sinifdən sonra, xüsusilə yeniyetməlik dövründə (12-18 yaşlarda), gərək, oğlanlarla qızların bir- birinə qarışmasına nəzarət edə, əxlaqi və cinsi sapıntıların qarşısını almaq üçün bu cür qarışıqlıqlara yol verməyəsiniz. Çünki bu yaşdan sonra həm oğlan, həm də qız öz cinsi rolunu çox yaxşı dərk edir.
1. Ən yaxşı üsul örnək üsuludur. Özünüz namǝhrəmlərlə qarışıq ünsiyyətdə olmayın.
2. Münasib məqamlarda mehribanlıq və məhəbbətlə övladınızı bu zəmində olan dini təlimlərlə tanış edin.
3. Qonaqlıq və ailəvi get-gəllərdə övladınızdan qafil olmayın. Təəssüf ki, bəzən valideynlərin diqqətsizliyi nəticəsində uşaq və yeniyetmələr ayrı otaqda bir-birinə qarışıb yatırlar ki, bu da onların sapmalarına şərait yaradır.
4. Onların bir-birinə qarışması naçarlıq üzündən baş verəndə hiss olunmayacaq nəzarətlə onların xəlvətə çəkilmələrini gözdən qaçırmayın. Gərək, bu nəzarət tam gizli və hiss olunmayacaq şəkildə olsun ki, onlarda həssaslıq yaratmasın. Unutmayın ki, övladlarınız, xüsusilə yeniyetmələr sizin nəzarətinizə çox həssasdırlar və belə bir nəzarətin olması üzə çıxanda inadkarlıq göstərə bilərlər.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev