Hansı hallarda uşağı tərbiyə etmək üçün fiziki cəzadan istifadə etmək olar?
26 Noyabr, 2025 47
Hansı hallarda uşağı tərbiyə etmək üçün fiziki cəzadan istifadə etmək olar?
Əgər hisslərin oyadılması, küsmək, məhrum etmək və "ver-al üsulu" kimi qabaqlayıcı üsullar heç bir nəticə verməsə, şərtlərini nəzərə almaqla fiziki cəzadan istifadə edə bilərsiniz.
Yeni ayaq açan uşaqlar barəsində fiziki cəza dedikdə məqsəd, təhlükəli işlər görən zaman onların əllərinin arxasına yüngül bir zərbə vurmaq, yuxarı yaşda olan uşaqlarda isə əlin içi ilə onların buduna, yaxud barmaqlarla bədənlərinə vurmaqdır. Fiziki cəzalandırmada əsla çubuqdan, kəmərdən, qamçı və şallaqdan istifadə etməyin. Fiziki cəza, gərək, əvvəlcədən hazırlanmış plan əsasında və tam düşünülmüş şəkildə yerinə yetirilsin. Əsəb üzündən və ürəklərini soyutmaq üçün övladlarını vuran valideynlər uşağı nəinki islah etmirlər, əksinə, onu daha da qızışdırır və cinayət törətməkdə daha da püxtələşdirirlər.
Yeni ayaq açan uşaq təhlükəli bir iş görəndə ona elə həmin vaxt reaksiya vermək lazımdır. Ondan böyük uşaqlarda isə fiziki cəzadan qabaq hədələmək daha yaxşıdır. Fiziki cəza ilə hədələmək, gərək, dolayı yolla və kinayə ilə ("elə iş görmə ki, səbir kasam daşsın", yaxud "məni sonrası peşmançılıq olan işə vadar eləmə" və bu qəbildən olan ifadələrlə) olsun.
Bir neçə dəfə hədə-qorxudan sonra əvvəl qeyd edilən kimi fiziki cəzanı gerçəkləşdirin. Bu cəzanın faydalı olacağından əmin ola bilərsiniz. Çünki ata-ananın illərlə səbir etdiyini görən, onların qabaqlayıcı üsullardan istifadə etmələrini müşahidə edən, hərtərəfli başa salaraq bəhanəyə yer qoymamalarını qulaqları ilə eşidən uşaq özünü belə bir cəzaya layiq bilir. Buna görə də həmin cəza onun davranışının düzəlməsində mütləq təsirli olacaq.
Uşağı cəzalandıran zaman bunun səbəbini ona deməyi unutmayın.
İslam baxımından uşaq böyük günahlardan hər hansı birini edən zaman ailə başçısı onu ədəblənəcəyi və "diyə"nin (cərimə) vacib olmayacağı həddə fiziki cəzalandıra bilər.
Dok. Hüseyn Dehnəvi