Yeddi yaşlı oğlumu məktəbdə həmyaşıdları ilə dostluq etməkdən çəkindirirəm ki, onlardan pis vərdişlər öyrənməsin. Sizcə, mən düz iş görürəm?
19 Avqust, 2025 122
Yeddi yaşlı oğlumu məktəbdə həmyaşıdları ilə dostluq etməkdən çəkindirirəm ki, onlardan pis vərdişlər öyrənməsin. Sizcə, mən düz iş görürəm?
Övladınızın dostları və həmyaşıdları ilə dostluq əlaqələri qurmasının olduqca böyük müsbət təsirləri var və uşağın bundan məhrum edilməsi onu bir sıra çatışmazlıqlara sövq edəcək. Həmyaşıdlarla dostluğun bəzi müsbət nəticələri aşağıdakılardan ibarətdir:
1. İctimailik: Sizin övladınız həmyaşıdları ilə dostluq əlaqələri qurmaqla başqaları ilə əlaqə qurmaq (qarşılıqlı ünsiyyət) və əməkdaşlıq etmək yollarını öyrənir və bu, uşağın ictimailəşməsinə səbəb olur. Yaddan çıxarmayın ki, dost tapmaq ictimai bacarıq sayılır.
2. Müsbət təsir qəbul etmək: Uşaqlar özlərinin ədəb, şücaət və sairə kimi əksər müsbət davranışlarında öz dostlarının təsiri altında olurlar. Dost, hətta təhsilin davam etdirilməsi və uşağın ali təhsilə maraq göstərməsinə də təsir edir.
3. Problemin həll yolunun tapılması: Uşaq bəzən öz dostları ilə dava-dalaş edərək küsür və öz problemlərini həll etmək üçün fikirləşib yollar axtarır ki, bu da onu problemlərin həll yolları ilə tanış edir. Ümumiyyətlə, başqaları ilə dostluq əlaqəsi olan uşaqlar həyatın çətinliklərinə daha yaxşı dözə bilirlər.
4. Ruhi sakitlik: Uşaq öz dostları ilə ünsiyyətdə olan zaman onların problemlərindən xəbərdar olur və başa düşür ki, başqalarının da onun kimi problemləri var. Nəticədə onun narahatlığı azalır və o, sakitləşir. Dostun olmasının özü və onlarla ünsiyyətdə olmaq qohumlarla əlaqə saxlanılması kimi, iztirabın aradan qalxmasına səbəb olan amillərdəndir.
5. Hisslərin boşaldılması: Uşaq bəzən müxtəlif səbəblərdən (qorxudan, utandığına görə, valideynlərin məşğuliyyətinin çox olması səbəbindən və s.) ata-anası ilə danışmaq imkanına malik olmur və dost-tanışı ilə dərdləşir. Bu onun hisslərinin boşalmasına və sa kitləşməsinə səbəb olur.
Bütün bu müsbət təsirləri nəzərə alaraq sizə qərarınız barədə yenidən düşünməyi və övladınızı bu təsirlərdən məhrum etməməyi tövsiyə edirik. Əlbəttə, bu müsbət təsirlər sizin övladınızın dostlarının yaxşı olacağı təqdirdə yaranır.
Dok. Hüseyn Dehnəvi