Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Yeniyetmə övladımın dost və həmyaşıdlarının ona mənfi təsir göstərmələrindən qorxduğum üçün onun onlarla evdən kənarda ünsiyyətdə olmasına mane oluram. Sizcə, mənim bu hərəkətim düzgündürmü?

26 Avqust, 2025 131

Yeniyetmə övladımın dost və həmyaşıdlarının ona mənfi təsir göstərmələrindən qorxduğum üçün onun onlarla evdən kənarda ünsiyyətdə olmasına mane oluram. Sizcə, mənim bu hərəkətim düzgündürmü?

     Əgər evdən kənardakı mühit sağlam deyilsə və sizin yeniyetmə övladınızın dostları yaxşı dost deyildirlərsə, sizin davranışınız düzdür. Lakin, gərək, bu əlaqələrin kəsilməsindən yaranan boşluqları başqa üsullarla (yaxşı dost və qohumlarla əlaqə qurmaqla, münasib idman cəmiyyətləri, sağlam mədəniyyət mərkəzləri və s. ilə) doldurasınız. Çünki insan ictimai varlıqdır və onun dosta ehtiyacı var. Bu ehtiyac yeniyetmədə daha güclüdür. Dostluqlar yeniyetmənin həyatının mühüm bir hissəsini təşkil edir və müsbət təsirlərə malikdir.
     Sizin övladınız həmyaşıdları ilə kollektiv işlər görməklə əməkdaşlıq etməyi öyrənir, öz əqidə və rəftarını sınaqdan keçirmək, dostları arasındakı yerini və özünün təbii və ya qeyri-təbii fərd olmasını müəyyənləşdirmək üçün dostlarının köməyindən istifadə edir, həmyaşıdları arasında rahatlıq və xatircəmlik hiss edir.
     Bəzi valideynlər elə bilirlər ki, ailə üzvlərinin bir-biri ilə əlaqəsi uşağın həmyaşıdları ilə əlaqəsinin yerini tutur. Halbuki bu belə deyil. Çünki yeniyetmədə qrupa bağlılıq hissi var və o, ailə üzvləri ilə əlaqələrdən əlavə, həmyaşıdları ilə də ünsiyyətdə olmalıdır.
     Əgər evdən kənar mühit çox pis deyilsə və övladınızın həmyaşıdlarından ara-sıra pis rəftarlar müşahidə edir, yaxud xoşagəlməz sözlər eşidirsinizsə, onu onlarla ünsiyyətdən çəkindirməyin.
     Başqalarından heç cür xoşagəlməz rəftar görməmək və heç bir pis söz eşitməmək övladınız üçün elə da yaxşı deyil. Heç vaxt pis söz eşitməyən və pis rǝftarla qarşılaşmayan uşaq və yeniyetmələr gələcəkdə (ictimai mühitlərdə) bu cür rəftar və sözlərlə qarşıla şanda çox kövrək olurlar.
     Unutmamalıyıq ki, bizim övladlarımızın bədəninin bədəndə antitoksin rolunu oynayacaq qədər virusa ehtiyacı var.
     Mənim nəzərimcə, biz övladlarımızda elə dini va mədəni təməl yaratmalıyıq ki, onlar həmyaşıdlarının pis davranışlarının təsiri altına düşməsinlər. Əgər biz onlara nəyin dəyərli, nəyin dəyərlərə zidd olmasını, nələrin yaxşı, nələrin pis olduğunu başa salsaq, özləri yaxşını pisdən seçər və pisliklər müqabilində müqavimət göstərərlər. Yəqin ki, dostu pis hərəkət etdiyinə görə, yaxud pis söz danışdığı üçün valideynləri bir söz deməsə də, onunla öz dostluq əlaqələrini kəsən yeni yetmələrlə siz də rastlaşmısınız.
     Əgər sizin yeniyetmə övladınızın (öncə qeyd edilən şərtlər çərçivəsində) evdən kənarda olması qaydalı olsa, problem deyil və nə qədər ki onun dini etiqad, rǝftar, ədəb və təhsilində mühüm dəyişiklik hiss etməmisiniz, nigaran olmayın. Əlbəttə, hiss edilməyən nəzarəti yaddan çıxarmayın və həmyaşıdların mənfi təsirini hiss etdiyiniz ilk anda onun onlarla əlaqələrini kəsmək istiqamətində addım atın.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar