Uşaq və yeniyetmələrə dost və həmyaşıdların müsbət və mənfi təsirlərinədən ibarətdir?
17 Avqust, 2025 123
Uşaq və yeniyetmələrə dost və həmyaşıdların müsbət və mənfi təsirlərinədən ibarətdir?
Uşaqların yaxşı dostları onların mənəviyyat, əxlaq, təhsil, şücaət və ədəblərinin inkişafına təsir göstərə bilir.
Yeniyetmələr də şəxsiyyətlərinin və insanpərvərlik hisslərinin inkişafı, dini dəyərlərə meyil, davranış və danışıq tərzi, geyim forması, saç düzümü və sairədə yaxşı həmyaşıdlarından təsirlənirlər.
Yeniyetməlik dövrünün sağlam dostluqlarının müsbət təsirlərindən biri də böyüyəndə daha məntiqi dostluqlara səbəb olan təcrübələrin qazanılmasıdır.
Uşaq və yeniyetmənin dostları yaxşı olmayan təqdirdə öncə qeyd edilən cəhətlərdə onların təsiri mənfi olur.
Pis dost yeniyetməni narkotik maddələri və qeyri qanuni dərmanları təcrübədən keçirməyə, cinayətkar və qanuna zidd fəaliyyətlərdə iştirak etməyə təşviq edir.
Tədqiqatlara əsasən, yeniyetmələrin əks cinsə və cinsi pozğunluqlara meyillənmələrində dostların təsiri olduqca böyükdür.
Dostun uşaq və yeniyetmələrə mənfi təsiri barəsindəki mühüm məqamlardan biri bu təsirin tədrici və gizli olmasıdır. Belə ki, onlar bir müddət sonra başa düşürlər ki, özləri də istəmədən öz dostlarının rəftar və davranışlarının təsiri altına düşüblər.
İmam Əli buyurur:
"Şər adamla dostluq etmə. Çünki sənin təbiətin özün də bilmədən onun təbiətindən yamanlığı oğurlayır".
(İbn Əbilhədid, Şərhu Nəhcil-bəlağə, c. 20, s. 272)
Dok. Hüseyn Dehnəvi