Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Bir müddət əvvəl otağın qapısını açanda gördüm ki, beş yaşlı qızım onunla həmyaşıd olan xalası oğlu ilə çılpaq soyunub bir-birinin bədəninə baxırlar. Bu cür səhnələrlə qarşılaşanda necə davranmaq lazımdır?

25 Mart, 2026 32

Bir müddət əvvəl otağın qapısını açanda gördüm ki, beş yaşlı qızım onunla həmyaşıd olan xalası oğlu ilə çılpaq soyunub bir-birinin bədəninə baxırlar. Bu cür səhnələrlə qarşılaşanda necə davranmaq lazımdır?

     Bilməyiniz yaxşı olar ki, altı yaşdan aşağı uşaqlarda bu kimi hərəkətlər əxlaqi xarakter daşımır və maraq hissindən doğur, tanışlıq üçündür. Uşaqların həm özlərinin, həm də həmyaşıdlarının bədənlərinə baxış və təsəvvürləri sizin baxış və təsəvvürləriniz kimi deyil. Buna görə də bu kimi səhnələrlə qarşılaşanda soyuqqanlı olun və şok keçirməyin.
     Ən münasib davranış onlara belə deməkdir: "Çılpaq oynamaq düz iş deyil. Zəhmət olmasa, tez paltarlarınızı geyinin." Onlara paltarlarını geyinməkdə kömək edin, onlar üçün başqa bir məşğuliyyət tapın və deyin: "Məgər siz bədənin bəzi yerlərinin şəxsi olduğunu bilmirsiniz?! Ayaqyolu şəxsi olduğu və heç vaxt iki nəfər eyni anda getmədiyi kimi, hər kəsin bədəni də şəxsidir və onu heç kəs görməməlidir". Əlbəttə, başqa bir münasib vaxtda övladınıza başa salın ki, paltarını dəyişəndə və ya hamama gedəndə paltarlarını çıxarmasının eybi yoxdur, yaxud zəruri hallarda valideyni və həkim onun bədəninə baxa bilər.
     Mühüm xatırlatma
     Əgər bu hadisə qızınızın xalası oğlunun yaşı ondan bir neçə il çox olan təqdirdə baş versə, məsələyə daha ciddi yanaşın və onların əlaqəsini dolayı yolla azaldın, yaxud tam kəsin. Əlaqəni kəsmək mümkün olmayan təqdirdə dolayı yolla onların xəlvətə çəkilmələrinə nəzarət edin.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar