Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Beş yaşlı oğlum öz cinsiyyət orqanı ilə oynayır, onu əlləşdirirsə, mən onunla necə davranmalıyam?

23 Mart, 2026 32

Beş yaşlı oğlum öz cinsiyyət orqanı ilə oynayır, onu əlləşdirirsə, mən onunla necə davranmalıyam?

     Hər şeydən əvvəl onun fiziki probleminin (dərisində quruluq, qaşınma, bişməcə və s.) olmamasına əmin olun. Bu rəftarın ən mühüm amili uşağın öz bədəni ilə tanış olmağa olan marağıdır ki, hətta təzə ayaq açanda da mövcud olur. Bu özünü 3-4 yaş arasında cinsiyyət orqanının əlləşdirilməsi, daha böyük yaşlarda isə "həkim oyunu" kimi oyunlar şəklində göstərir.
     Səkkiz yaşına kimi bu cür davranışlar cinsi və əxlaqi deyil, daha çox tanışlıq xarakteri daşıyır. Amma yenə davam etsə, onun səbəbi psixoloji sıxıntılar ola bilər ki, uşaq bu yolla psixoloji sakitlik əldə etmək istəyir.
     Bu cür hallarla qarşılaşanda onunla yumşaq və mülayim davranaraq deyin: "Deyəsən, səndə bədənin haqqında maraq yaranıb. Bu sənin kişiliyinin nişanəsidir. Əgər bu marağın təmin olundusa, daha öz bədəninə əl vurma". Bu qadağanın səbəbi onun həmin əməldən həzz almasıdır və əgər davam etsə, o, gələcəkdə - cinsi qüvvəsi özünü büruzə verəndən sonra onanizm və cinsi sapıntılara düçar ola bilər.
     Bəzi valideynlərin böyük səhvi bu məsələyə əxlaqa zidd bir əməl kimi baxmaları və onunla acıqlı və kobud davranmalarıdır ki, bunun da xoşagəlməz nəticələri olur. Kobud davranmaq və uşağı buna görə cəzalandırmaq psixoloji bir məsələnin əxlaqi bir mövzuya çevrilməsinə səbəb olur və övladınız məsələyə qarşı daha həssas olur, nəticədə bu əməl onda sabit şəkil alır.
     Bu rəftar uşağın nəzərində əxlaqa zidd əməl olmadığı üçün valideyninin düşünülməmiş davranışı onun çaşqınlığına səbəb olur və o, günah hissi və depressiya keçirir. Bunların hamısından daha mühümü budur ki, o bundan sonra özünün cinsi məsələlərlə bağlı bilmədiyi şeylər barəsində sizə müraciət etmir və başqalarına üz tutur. Onlar da bilməməzlikdən, yaxud qərəz üzündən ona cinsi məsələlər barədə səhv məlumatlar verirlər və o, bir sıra problemlərlə (evlənməmək və s.) qarşılaşır.

Dr. Hüseyn Dehnəvi

Müsahibələr

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar