Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Hələ məktəbə getməyən uşaqların Allah barəsindəki suallarına necə cavab verək?

29 Oktyabr, 2024

Hələ məktəbə getməyən uşaqların Allah barəsindəki suallarına necə cavab verək?

     Uşaqların Allah barəsindəki suallarına ciddi yanaşın və onlara cavab verin. Ona "sonra başa düşərsən", "böyüyəndə biləcəksən" kimi cavabların verilməsi düz deyil. Çünki ola bilər, siz cavab verməyəndə o həmin sualı məlumatsız, yaxud qərəzli adamlardan soruşub çaşqınlığa düşsün və ya yolunu azsın.
     Heç vaxt uşaqların Allah barəsindəki suallarına dərhal və fikirləşmədən cavab verməyin. Bu cür suallara münasib zaman və məkanda cavab verilməlidir. Yemək bişirəndə, evdən çıxa-çıxa, otaqları səliqəyə sala-sala və s. bu suallara cavab vermək münasib deyil. Əgər övladınız bu kimi məqamlarda sual versə, ona cavab verməyi münasib vaxta keçirin.
     Sizin verdiyiniz cavablar, gərək, uşağın yaşına uyğun olsun. Uşaqların qane olması üçün sadə dəlillərdən istifadǝ etmək yaxşıdır, amma ağır fəlsəfi dəlillərin faydası yoxdur.
     Uşaqların Allah barəsindəki ən mühüm və çox verdikləri suallar aşağıdakılardan ibarətdir:
     1. "Allah nədir və kimdir? "Bu suala cavab vermək üçün, gərək, Allahın sifətlərindən və Onun başqaları ilə müqayisə edilməsindən istifadə edəsiniz: Allah ata anadan da artıq mehriban olan bir varlıqdır. O, elə bir varlıqdır ki, səni valideynlərindən də çox qoruyur. Allah sənin tanıdığın ən güclü şəxsdən də güclüdür.
     2. "Allah haradadır? "Allah hər yerdə var.
     3. "Necə olur ki, Allah hər yerdə olur? "Allah ancaq bir yerdə olan bizlər kimi deyil. Onun hər yerdə ola bilmək qüdrəti var, necə ki, televizorda danışan şəxsi bütün evlərdə görürlər.
     4. "Əgər Allah hər yerdə varsa, bəs nə üçün biz onu görmürük? "Hava, istilik və elektrik enerjisi kimi çox şeylər var ki, mövcuddurlar, amma biz onları görmürük. Bir uşaq bu sualı atasından soruşur. Ata bir ədəd stəkan və iki ədəd qənd gətirir və uşağın gözü qarşısında həmin iki qəndi stəkandakı suya atır və onları suda əridir. Sonra soruşur: "Qəndlər stəkandadır yoxsa onun içindən çıxıblar? "Uşaq cavab verir: " Stəkanın içindədir". Ata: "Sən onları görürsən? "Uşaq: "Xeyr". Ata: "Onlar stəkanın içindədirlər, amma gözlə görünmürlər. Allah da belədir".
     5. "Allah nə qədər böyükdür? "Bilmirəm nə qədər böyükdür, amma onu bilirəm ki, dünyada heç nə Allahdan böyük deyil. Allah sənin tanıdığın ən böyük şəxsdən də böyükdür.
     6. "Allahın paltarları nə boydadır? "Allah biz adamlar kimi deyil ki, ona paltar lazım olsun.
     7. "Əgər Allah yuxarıdadırsa, nə üçün biz onun ayaqlarını görmürük? "Allah biz adamlar kimi deyil ki, Onun ayaqları olsun. Bundan əlavə, biz Allahı göz ilə görmürük.
     8. "Əgər Allah hər yerdə varsa, nə üçün biz göyə baxırıq? "Allahın yağış kimi bərəkətləri göydən yağır. Biz insanlar yuxarı yerləri daha yaxşı sayırıq. Buna görə də, məsələn, güləş müsabiqəsində birinci yeri tutan şəxs daha hündür yerdə dayanır.
     9. "Allah böyükdürsə, bəs bizim qəlbimizə necə yerləşir? "Ata-anan sənin qəlbinə yerləşdiyi kimi.
     10. "Allah ayaqyolu kimi yerlərdə də var? "Bəli, Allah hər yerdə var. Ayaqyolu biz insanların gözündə pis görünür. Lakin Allahın gözündə pis deyil. Çünki hər şeyi O yaradıb. Necə ki, anan kiçik qardaşının altını dəyişəndə ona pis baxmır.
     11. "Allahı kim yaradıb? "Allah həmişə olub. Bizim buna imanımız var və onun dəlilini axtarmırıq. Necə ki, sənin heç vaxt yerdən göyə qalxmayacağına imanın var, amma onun dəlilini bilmirsən.

Dr. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev