Bizimlə əlaqə saxlayın

Məqalələr

Yumurtaya qarşı allergiya

05 May, 2024

Uşaqlarda yumurtaya qarşı allergiya və həlli yolları

Uşaq və körpələrdə ən çox qarşılaşdığımız allergiya növlərindən biri də yumurtaya qarşı olan allergiyadır. Allergiyanın səbəbi yumurtanın tərkibində olan bəzi maddələrdir. Bu maddələrə qarşı bədənin reaksiyası nəticəsində allergik şikayətlər yaranır. Yumurta ağına qarşı yaranan allergiya ilə sarısına nisbətən daha çox qarşılaşırıq. Bu baxımdan yumurta sarısını körpələrə altıncı ayından sonra başladığımız halda yumurta ağının körpələrə bir yaşından sonra verilməsi tövsiyə olunur.

Şikayətlər yüngül və ya şiddətli ola bilir. Şikayətlər yumurtanı yedikdən dərhal və ya bir müddət sonra yarana bilər. Allergik şikayətlər ağız ətrafındakı yüngül qızarıqlardan, bütün bədəndə olan qızarıq, qabarıqlıq, şişmə, qaşıntı, dodaqların şişməsi, qusma və ya təngnəfəslik ola bilər.

Bu allergiya diaqnozunu qoymaq üçün xüsusi analizlər edilərək orqanizmin yumurtaya qarşı olan həssaslığı yoxlanılmalıdır. Analizlər qandan və ya dəri testi vasitəsilə götürülə bilər. Bu analizlərin edilə bilinmədiyi hallarda yumurtanın hər dəfə istifadəsi zamanı şikayətlərin yaranması və yumurtanın kəsilməsi zamanı isə şikayətlərin aradan qalxması ilə diaqnoz qoyula bilər.
Təəssüflər olsun ki, allergik xəstəliklərin birdəfəlik müalicəsi yoxdur. Edilən ən böyük səhv, dieata verilmədən xəstələrə allergiyanın müalicəsi məqsədi ilə çox sayda güclü dərmanlar verilməsidir.
Uşaqlara bu ağır dərmanları verməkdənsə, allergiya səbəbini ortadan qaldırmaq daha doğrudur. Yəni yumurtanı qida rasionundan çıxartsanız, bütün şikayətlər ortadan qalxacaqdır. Dərmanlar dietanı pozduğumuz zaman qısa müddətdə istifadə edilməlidir. Yumurta allergiyası adətən iki yaşa qədər olan uşaqlarda rast gəlinir və iki yaşdan sonra da tədricən azalaraq öz-özünə aradan qalxır. Ona görə də etməniz gərəkən uşağınızın iki yaşına qədər yumurta və tərkibində yumurta olan qidalardan uzaq durmasını təmin etməkdir. Ancaq bu hal uzun müddət də davam edə bilər.

Uzman Dr. Altay Abdullaoğlu
Pediatr-Neonatoloq

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri