Uşaqların şəkil çəkməsinin mənası nədir və valideyn həmin mənaları necə başa düşə bilər?
13 Oktyabr, 2025 63
Uşaqların şəkil çəkməsinin mənası nədir və valideyn həmin mənaları necə başa düşə bilər?
Uşaqların şəkil çəkməsində müxtəlif məsələlər var və onların xüsusi mənaları ola bilər. Həmin məsələlərdən xəbərdar olmaqla, siz, əziz valideynlər, övladınızın çəkdiyi şəklin mənasını müəyyən qədər dərk edə və narahatlıq yaradan məqam müşahidə edəndə klinik psixoloq və ya təcrübəli məsləhətçi ilə əlaqə saxlayıb daha dəqiq məlumatlar əldə edə bilərsiniz.
Məsləhətçi və ya klinik psixoloq şəkillərin xüsusiyyət və məzmununu, həmçinin uşağın şəkil barədə verdiyi izahı və onun davranışını nəzərə alaraq daha dəqiq nəticələr əldə edə bilər.
Biz burada həmin mənaların bəzisini qeyd edirik:
Xətlərin mənası: Kəmrəng xətlər bir tərəfdən hiss və mənəviyyatın incəliyindən xəbər verir, digər tərəfdən, əksər hallarda uşağın utancaqlıq, stress və narahatlığını göstərir.
Tündrəngli xətlər sərtliyin nişanəsi, bəzən isə acizlik, stress və narahatlıq qorxusu müqabilində reaksiyadır.
Adi xətlər onun təhlükəsizlik və ictimailiyini göstərir.
Şəkildə adamın üzünün xət-xət edilməsi, qorxu amilinin məhv edilməsi mənasındadır.
Şəkillərin mənası: Kağızın bir küncünə çəkilmiş kiçik adam şəkli utancaqlıq, ortasında nöqtə qoyulmuş iri gözlər (böyük dairələr) isə qorxunu göstərir. Şəkildə qardaşın, ya da bacının çəkilməməsi onlara paxıllığı göstərir.
Rənglərin mənası: Qara və tünd rənglərdən istifadə edilməsi qorxu, stress, qəmginlik və ümidsizlik mənası verir. Boz rəng neytral rəngdir və bir məna ifadə etmir.
Qəhvəyi rəng valideynin təmizlik üçün göstərdiyi təzyiqlə mübarizə mənasındadır.
Müsxtəlif şeylərə meyil və onlardan çox istifadə mənasında olan bənövşəyi rəng stress nişanəsidir.
Göy rəng sülh, sakitlik, təslimçilik və batinə meyillilik ifadə edir.
Yaşıl rəng diqqəti özünə cəlb etmək ehtiyacının, sevilmək meylinin, ünsiyyət qurmaq marağının, möhkəmlik və dönməzliyin əlamətidir.
Qırmızı rəng hərəkət, ekstravertlik və əməl ehtiyacının nişanəsidir. Sarı rəng şadlıq, nikbinlik və müştərək fəaliyyətə meyillilik əlamətidir.
Narıncı rəng fǝrǝh, dinamika və uğura meyillilik nişanəsidir.
Çəhrayı rəng sülh və mötədillik nişanəsidir.
Bir və ya iki rəngdən istifadə etmək guşənişinlik və yovuşmazlıq, beş rəngdən istifadə etmək isə ictimailik nişanəsidir.
Şəklin bir hissəsində və ya heç bir yerində rəngin olmaması uşağın məhəbbət korluğu çəkməsindən xəbər verir, yaxud onun guşənişinlik meyillərinə malik ol- masının əlaməti ola bilər.
Yerlərin mənası: Səhifənin müxtəlif yerlərindən istifadə etməyin də müxtəlif mənaları ola bilər.
Səhifənin yuxarı tərəfindən istifadə etməyin mənası utopizm və xəyalpərəstlik, səhifənin aşağısından istifadə etmək depressiya, sol tərəfindən istifadə etmək uşaqlıq illərinə qayıtmaq, sağ tərəfindən istifadə etmək isə gələcəyə baxış mənasındadır.
Yaddan çıxarmayın ki, öncə qeyd edilən əlamətlərin heç biri dəqiq reallığı əks etdirmir və yalnız nişanələrin olması əlaməti ola bilər.
Dok. Hüseyn Dehnəvi