Bizimlə əlaqə saxlayın

Sosiologiya

Uşaqları yedizdirərkən təhlükənin qarşısını almaq

31 Dekabr, 2024

Körpənin təhlükə ilə qarşılaşmaması üçün onu yedizdirərkən hansı məsələlərə riayət etməliyik?

     Siz, gərək, təhlükə ehtimalının aradan qalxması üçün körpəni yedizdirəndə, yaxud özünüz yemək yeyəndə, yaxud bir şey içəndə bəzi məsələlərə diqqət edəsiniz:
     1. Körpəyə köhnə yeməyin yedizdirilməsi onda mədə pozğunluğu (ishal) yarada, xarab yeməklər onun zəhərlənməsinə səbəb ola bilər.
     2. Uşağı yedizdirəndə tikələri balaca götürün ki, onun boğazında qalmasın.
     3. Ona portağal kimi meyvələr verəndə mütləq onların tumunu çıxarın.
     4. Süd və ya meyvə şirəsi ilə ağzına kimi dolu şüşəni özünüz yanında olmayanda uşağın ağzına qoymayın. Çünki onlar uşağın boğazına çox gedə və onu boğa bilər.
     5. Uşağa yemək və ya hər hansı bir maye verməmişdən qabaq mütləq onun isti-soyuqluğunu yoxlayın.
     6. Diqqətli olun ki, böyük övladınız südəmər körpnizə yemək verməsin (uşaqlar öz gəlinciklərinə və tüklü ayılarına yemək verməkdən həzz alırlar və buna görə də onların həmin işi öz südəmər bacı və ya qardaşları ilə də görmələri ehtimalı var).
     7. Özünüz yemək süfrəsində oturmamış, yaxud süfrəyə nəzarət etmədən isti yemək qablarını süfrəyə gətirməyin.
     8. Yemək yeyəndə, yaxud çay içəndə isti qablara diqqət edin. Körpələr çox cəld olurlar və bir göz qırpımında əllərini isti yemək qabının içinə salırlar.
     9. İsti şeylər (çay, qəhvə və s.) içəndə, yaxud isti şorba içəndə körpə uşağı qucağınızda oturtmayın. Onun qəflətən fincan və ya isti yemək qabına hücum etmək ehtimalı var.
     10. Qucağınızda körpə uşaq olanda siqaret çəkməyin. Hər an onun siqaretə əl atması və əlini yandırması ehtimalı var.

Dr. Hüseyn Dehnəvi

Müsahibələr

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Qadın sirləri